Hyundai şirkəti yenilənmiş Avante modelini təqdim edib. Cənubi Koreyada bu ad altında bizə yaxşı tanış olan Elantra modeli satılır. Əgər hazırda satılan sedan Amerikada debüt etmişdisə, restaylinq keçmiş Avante modelinin təqdimatı vətənində - Cənubi Koreyada baş tutub. Bununla belə, bu aydınlaşdırma vasvasılar üçündür və mahiyyəti dəyişmir: Elantra planlaşdırılmış yeniləmədən keçib.

Əsas dəyişikliklər ön tərəfdədir. Fənərlər, bamper və ön qanadlar konseptual olaraq dəyişməsələr də, yenidirlər. Vizual qavrayış üçün ən vacib element, əvvəlki vahid qalxanı əvəzləyən, üfüqi zolaqla bölünmüş radiator barmaqlığıdır. Yeni arxa bamperdə seçilən böyük örtmə var, lakin arxa fənərlər əvvəlki kimidir. Amma arxa dam dirəklərindəki örtmələr dəyişdirilib, yeni təkər diskləri peyda olub.

İnteryerdəki dəyişikliklər barədə məlumat verilməyib, dərc edilmiş yeganə təsvirdə yeniliklər görünmürlər: Elantra/Avante əvvəlki kimi ön paneldə iki 10,25-düymlük ekrana malikdir. Digər tərəfdən, salonun solğun yaşıl rəngdə dəri ilə tərtibatı ortaya çıxıb: bu üzlük təkrar emal edilmiş materiallardan hazırlanır.

Texniki dəyişikliklər hələlik açıqlanmayıb. Yenilənmədən əvvəlki sedanlar Koreyada variatorla tandemdə çalışan 1,6-litrlik (123 at qüvvəsi) benzin mühərriki, 6-pilləli “avtomat” ilə birlikdə işləyən 1,6 LPI qaz mühərriki (120 at qüvvəsi) və hibrid güc qurğusu (141 at qüvvəsi) təchiz olunur. Sonuncu aqreqat altı pilləli preselektiv “robot" ilə tandemdə çalışır.

Image alt Image alt Image alt

Avante N Line (1,6 litr, 204 at qüvvəsi) və Avante N (2,0 lilr, 280 at qüvvəsi) turboversiyalar da var, lakin onlar ayrıca yenilənəcəklər.

Koreya bazarında yenilənmiş Hyundai Avante sedanları mart ayında satışa çıxacaqlar, o zaman da bütün təfərrüatlar açıqlanacaqdırlar. Elantra modellərinin satışlarına bir müddət sonra start veriləcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.