Hyundai şirkəti yenilənmiş i30 modelinin yaxın zamanlarda debüt edəcəyini açıqlayaraq, yenilənmiş avtomobilin tizerini dərc edib. N Line “idman” versiyasında görüntülənmiş avtomobil, mart ayının əvvəlində işinə başlayacaq Cenevrə avtosalonunda nümayiş etdiriləcəkdir.
Qeyd etmək lazımdır ki, dərc edilmiş tizerlərdə avtomobilin yalnız ön hissəsi təsvir edilir. Yenilənmiş Hyundai i30 N Line modeli V-şəkilli gündüz hərəkət işıqları inteqrasiya olunmuş ön LED fənərləri, iri hava girişləri olan ön bamperi və fərqli dizaynı malik olan radiator barmaqlığını əldə edib.
Bundan başqa, şirkətdən Hyundai i30 N Line modelinin yeni arxa bamperə və 16-18 düym diapazonunda diaqonala malik olan təkər disklərə sahib oladuğu söylənilib. Salonda isə, multimedia sisteminin və rəqəmsal cihazlar panelinin 10.25-düymlük ekranları quraşdırılıbdır.
Xatırladaq ki, Hyundai i30 modeli Azərbaycan bazarında təklif olunmur.