Son aylarda casuslara Hyundai Palisade modelinin güclü kamuflyaja malik olan bir neçə sınaq prototipləri rast gəlib. Məlum məsələdir ki, kamuflyaj örtüyünün əsas vəzifəsi Hyundai markasının flaqman krossoverinin dizaynında baş vermiş dəyişiklikləri gizlətməkdir. Lakin Hyundai şirkətinin dərc etdiyi yeni tizerlər bu məsələyə bir qədər aydınlıq gətiriblər. Üstəlik, Cənubi Koreya istehsalçısı yenilənmiş Palisade modelinin debüt tarixini də açıqlayıb – 13 aprel.

Əslində, yenilənmiş krossoverin ön tərəfinin dizaynı heç də sirr deyil – keçən ilin oktyabr ayında YouTube kanalındakı Gotcha Cars kanalı restaylinq keçmiş Hyundai Palisade modelinin şəkillərini dərc edib. Bu gün istehsalçı tərəfindən dərc olunmuş tizerlər həmin şəkillərin doğu olduğunu bir daha təsdiqləyir. İri ailə krossoveri 2018-ci ildən buraxılır və plan üzrə yenilənmədən keçməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dərc edilmiş şəkillərdən göründüyü kimi, Palisade modeli yığcam Tucson modelinin üslubunda dizayna malik olub. Yenilənmiş model quraşdırılmış LED elementləri olan başqa radiator barmaqlığını və yeni fənərləri əldə edib. Bundan başqa, krossoverin başqa qanadlara, kapot və təkər disklərinə malik olduğu görünür.

Eyni zamanda, şirkət daxilindəki mənbələr flaqman krossoverinin məlumat-əyləncə sisteminin yeni ekranını və trasnmissiyanın Crystal Sphere adlandırılmış selektorunu alacağını bildiriblər. Əvvəl olduğu kimi, Hyundai markasının bayraqdar krossoveri yeddi və səkkiz yerlik salonla təklif ediləcəkdir. Yenilənmiş modelin texniki cəhətdən dəyişikliklərə məruz qalacağı gözlənilmir. 200 at qüvvəli 2,2-litrlik turbodizelin yerini yeni 3,5-litrlik mühərrikə verəcəyi söylənilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.