Bu gün avtosalonlarda satılan dördüncü nəsil Santa Fe krossoveri cəmi iki il əvvəl debüt edib. Buna baxmayaraq, Hyundai şirkəti artıq onun yenilənmiş versiyasını hazırlayıb və bu gün təqdim edib. Üstəlik, yeniləmə banal "feysliftdən” də uzağa gedib: krossoverin mahiyyəti tamamilə yenidən nəzərdə keçirilib və artıq Santa Fe də premium seqmentə doğru istiqamət götürüb: təqdimat materiallarında bu sözə həmişəkindən daha çox rast gəlinir.
Hyundai Santa Fe tamamilə yeni “üzə” sahib olub. Stilistik olaraq, krossover yeni Sonata ilə unifikasiya edilib: ön hissə boyu uzanan iri xrom zolaq yoxa çıxıb, radiator barmaqlığı vizual olaraq yeni fənərlərlə birləşdirilib və T formal gündüz hərəkət işıqları Santa Fe modelinin tanınan elementinə çevrilib. Fərqli versiyalar üçün radiator barmaqlığının iki tərtibat variantı hazırlanıb.
Arxa hissədə də dəyişikliklər var. Yeni arxa fənərlər son tendensiyaya uyğun olaraq qırmızı zolaq ilə birləşdiriliblər. Eyni zolaqdan arxa bamperdə də quraşdırılıb, arxa hərəkət işığı isə bamperdən əsas bloka köçürülüb. Əlavə ödəniş ilə, tərkibinə 20-düymlük təkər diskləri və kuzov rəngində aerodinamik dəsti daxil olan Luxury Package dəstini də quraşdırmaq olar.
Salondakı dəyişikliklərə tərtibat materialarının keyfiyyətinin yüksəldilməsindən başlanıb: tərtibatçılar bütün plastiki daha yumşaq olduğunu və toxunuş zamanı xoş təəssürat bağışlayacağını bildirirlər. Müasir mediasistem əvvəlki 8,0-düymlük displeyi diaqonalı 10,25 düym olan geniş formatlı ekranla əvəzlənib. Konsol və mərkəzi tunel də tamamilə yenidirlər və kiçik əşyalar üçün qab olan "zirzəmi" də peyda olub. Mediasistemin "qaynar" düymələri artıq konsolda yerləşir. Transmissiyanın ənənəvi selektorunu düyməli pult əvəz edib. Krossover standart olaraq 12,3-düymlük rəqəmsal cihazlar paneli ilə təchiz edilir.
Eyni zamand, avtomobilin texniki hissəsia ciddi dəyişikliyə məruz qalıb. Hyundai Santa Fe modeli Kia Sorento və Hyundai Sonata modellərinin inşa edildiyi yeni platformaya “köçüb”. Xatırladaq ki, 2012-ci ildə ikinci nəsil Kia Sorento bənzər dəyişikliyə məruz qalmışdı. Bu,yeni qının, alt çərçivələrin və sükan mexanizminin əvvəlki kuzova inteqrasiyası deməkdir. Şassinin əvvəlki kimi olmasına baxmayaraq, indi oxşar şeylər baş verir: öndə McPherson dayaqları, arxada isə çoxqollu asqı quraşdırılır. Lakin, aqreqatların yeni yerləşdirilməsi ağırlıq mərkəzini aşağı salmağa imkan verib.Nəticədə yaxşılaşdırılmış idarəetmə xüsusiyyətləri, təhlükəsizlik və vibrasiyadan müdafiə vəd edilir.
Təəssüf ki, güc qurğularının siyahısı hələlik açıqlanmayıb. Bu günə qədər şirkət yalnız iki hibridin mühərrik çeşidinə daxil ediləcəyini açıqlayıb - adi və təkrar doldurulan. Eyni zamanda, yenilənmiş Santa Fe modelinin bəzi benzin və dizel mühərriklərini Sorento krossoveri ilə bölüşə bilər. Bundan başqa, krossoverin Terrain Mode sisteminə sahib olduğu da elan edilib. Mərkəz konsolundakı şaybadan istifadə edərək elektronikanın gərək olan rejimini seçmək olar: Eco, Comfort , Sport, adaptiv Smart, həmçinin yolsuzluq üçün nəzərdə tutulmuş Sand, Snow və Mud (qum, qar və palçıq).
Yenilənmiş Hyundai Santa Fe krossoverlərinin Cənubi Koreyadakı satışlarına iyun ayının sonunda başlanacaqdır. Krossoverin Avropa və Azərbaycan bazarlarındakı satış debütü 2020-ci ilin payızında baş tutmalıdır.