Yenilənmiş Hyundai Tucson krossoverinin interyer və eksteryeri hələ noyabr ayında nümayiş etdirilmişdi. Buna baxmayaraq, Hyundai şirkəti yalnız bu gün, yeniliklərin tədricən təqdim edilməsinin ənənəvi strategiyasına əməl edərək, daxili Koreya bazarı üçün nəzərdə tutulmuş avtomobil haqqında bütün təfərrüatları açıqlayıb.
Hyundai Tucson
Dəyişdirilmiş bamperlər və plastik örtmələr krossoverin ölçülərinə demək olar ki, heç bir təsir göstərməyib. Xatırladaq ki, Cənubi Koreyada 2755 millimetrlik təkər bazası olan uzun Tucson krossoveri satılır.
Beləliklə, yenilənmiş krossoverin uzunluğu 10 millimetr (4640 millimetr) artıb, eni (1865 millimetr) və hündürlüyü (1665 millimetr) isə dəyişməyib. Yeni şəkillərdə əsas arxa fənərlərin eyni qaldığı, yalnız bamperdəki bölmələrin yenidən işləndiyi görünür.
Hyundai Tucson
Tamamilə yeni ön panel arxitekturası və sükan qolundakı transmissiya selektorundan başqa, Tucson simsiz Apple CarPlay və Android Auto interfeyslərini dəstəkləyən müasir multimedia sistemini əldə edib.
“Hava” üzərindən yeniləmə funksiyası və barmaq izilə identifikasiyası sistemi də var. Bundan başqa, krossover arxa sərnişinin mövcudluğu barədə xəbərdar edən sensorlar, proyeksiya ekranı və quraşdırılmış videoregistrator ilə təchiz oluna bilər.
Hyundai Tucson
Yenilənmə zamanı akustik rahatlığa xüsusi diqqət yetirilib. Salon döşəməsinin altında, kuzov dayaqlarında, ön təkər tağlarında və hətta sürücü oturacağının yastığının daxili hissəsində əlavə səs izolyasiyasiyası materialları peyda olub.
Ön qapılardakı şüşələr artıq ikiqatlıdırlar. Təhlükəsizliyə kuzovun konstruksiyasındakı daha sərt gücləndiricilər, səkkiz təhlükəsizlik yastığı, ikinci cərgədəki təhlükəsizlik kəmərlərinin öncədən dartılması və təkmilləşdirilmiş əyləclər cavabdehdir.
Hyundai Tucson
Bununla belə, mühərrik çeşidi dəyişməyib. Koreyada seçmək üçün üç güc aqreqatı var və yerli çeşiddə bizə tanış olan atmosfer mühərrikləri yoxdur. Smartstream G 1.6T (180 at qüvvəsi, 265 Nm) benzin turbomühərriki yeddi pilləli preselektiv "robot"la tandemdə çalışır.
Smartstream D 2.0 turbodizeli (184 at qüvvəsi, 417 Nm) isə, səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilir. Hibrid güc qurğusu 1,6-litrlik benzin “turbodördlüyü” elektrik mühərriki (65 at qüvvəsi, 264 Nm) inteqrasiya edilmiş altı pilləli avtomatik transmissiya ilə birlikdə çalışır. Hibrid qurğunun ümumi gücü 235 at qüvvəsi təşkil edir.
Hyundai Tucson N Line
Hər üç modifikasiya ön və ya tam ötürməli ola bilər. İstənilən krossoveri “idman” N Line versiyasında sifariş etmək də mümkündür. N Line versiyası eksteryer tərtibatı ilə seçilir: daha aqressiv bamperlər, fərqli radiator barmaqlığı, içərisi tündləşdirilmiş işıq texnikası, buraxılış sisteminin qoşa “lüləsi”, kuzovla eyni rəngdə olan plastikdən kuzov dəsti və 19 düymlük təkər diskləri.
Belə krossoverlərin uzunluğu daha 10 millimetr uzundur. İnteryerdə qırmızı dekorlu tünd tərtibat tətbiq edilib. Texniki təkmilləşdirmələr yoxdur, lakin təkmilləşdirilmiş N Performance əyləclərini ayrıca sifariş etmək olar.
Yenilənmiş Hyundai Tucson artıq Cənubi Koreyada sifariş üçün əlçatandır. Qiymətlər benzin krossoveri üçün 27,7 milyon vondan başlayır və maksimal təchizatlı hibrid üçün 38,6 milyon vonla bitir. Yenilənmiş Hyundai Tucsın digər bazarlarda daha sonra debüt etməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.