Yeniləmiş Kia K5 sedanının ardınca Cənubi Koreya istehsalçısı dördüncü nəsil Carnival miniveninin yenilənmiş versiyasını nümayiş etdirib. Krossvenda baş vermiş dəyişikliklərin həcmi K5 ilə müqayisədə daha genişmiqyaslıdır. Artıq üç ildir istehsal edilən minivenin ön və arxa tərəfinin dizaynı tamamilə dəyişdirilib.

Yenilənmədən sonra Caarnival daha çox Sorento krossoverinə bənzəməyə başlayıb və bu, əsasən gündüz hərəkət işıqların mürəkkəb xətləri olan ön fənərlərin hesabınadır. Model yeni radiator barmaqlığını, bamperləri və baqaj qapağını alıb. Krossvanın arxa hissəsində daha böyük fənərlər peyda olub, nömrə meydançası  və loqotip aşağıya “köçürülüb”.

Cənubi Koreya bazarında krossvan yeddi, doqquz və 11 yerlik versiyalarda təklif edilir. Koreyalılar minivenin eksteryerini nümayiş etdirsələr də, interyeri göstərməyiblər - burada baş verən dəyişiklikləri yalnız təxmin etmək olar. 2024-cü model ilinin Carnival modeli də rəqəmsal cihazlar paneli və multimedia sisteminin ekranlarını özündə cəmləyən vahid klasteri ala bilər.

2024-cü il model ilinə keçidlə Carnival hibrid olacaq: model üçün 1,6-litrlik daxili yanma mühərrikinin əsasında yaradılmış benzin-elektrik güc qurğusunu alacaq. Onun xüsusiyyətləri hələlik açıqlanmayıb. 

Image alt Image alt Image alt

Sırf daxili yanma mühərrikləri olan modifikasiyalar da çeşiddə qalıb - 294 at qüvvəli 3,5-litrlik altısilindrli benzin mühərriki və 194 at qüvvəli 2,2-litrlik dizel aqreqatı ilə təchiz edilən modifikasiyalar.

Yenilənmiş Kia Carnival modelinin tamölçülü təqdimatı noyabr ayında keçirilməldir. Yenilənmiş krossven barədə ətraflı məlumat satışların başlanmasına yaxın zamanda açıqlanacaqdır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.