Cənubi Koreyada satılan və Kia Picanto modelinin yerli variantı olan Morning hetçbekinin yenilənmiş versiyası may ayında debüt edib. Bu gün isə, Cənubi Koreya istehsalçısı Avropa bazarında satılan Picanto verisyasını nümayiş etdirib. Qeyd etmək gərəkdir ki, avropa modelində baş vermiş dəyişikliklər bir qədər fərqlidir. Məsələn, Kia Morning modeli yenilənmədən sonra eksteryer tərtibatı variantlarından məhrum olub, Avropada satılacaq Picanto hetçbeki isə həm baza versiyasında, həm də GT Line və X-Line tərtibar versiyalarında mövcud olacaqdır.
Standart Picanto modeli zahiri cəhətdən demək olar ki dəyişməyib. Zəngin təchizat səviyyələrinə malik olan modifikasiyalarda, dörd nöqtəli GHİ-ları işıqları olan digər linzalı fənərlər (böyük Kia modellərinin üslubunda), həmçinin üçölçülü effektə malik olan arxa fənərlər tətbiq edilib. GT Line hetçbeki Kia Morning versiyasına bənzəyir: yenilənmiş hetçbek yeni bamperlərə və radiator barmaqlığına sahib olub. Bənzər yeniliklər X-Line kross versiyasında da tətbiq edilib. Yeni təkər disklərinin diametri 14 və ya 16 düymdür. Əvvəllər hetçbek 15 düymlük disklər ilə təklif edilirdi.
Salondakı əsas yeniliklər, cihazlar panelindəki bortkompüterin 4,2-düymlük rəngli ekranı və 8,0-düymlük sensorlu ekranı olan yeni mediasistemidir. Sürücünün oturacağının havalandırması, həmçinin ön paneldə və mərkəzi tuneldə olan təzadlı əlavələr “koreyalı” Kia Morning modelinin imtiyazıdır. Genişləndirilmiş fərdiləşdirmə seçimlərinə baxmayaraq, kabinədəki parlaq haşiyələr yalnız oturacaqlar və qapı panellərində tətbiq edilirlər.
Avropada təklif edilən mühərrik çeşidindən 84 at qüvvəli 1,2-litrlik MPI mühərriki, transmissiyalar siyahısından isə 4-pilləli "avtomat" çıxarılıb. Qalan üçsilindrli mühərriklər modernləşdirilib və artıq Smartstream ailəsinə aiddirlər: 1,0-litrlik MPI mühərriki 67 at at qüvvəsi, 1,0-litrlik T-GDi turbomühərriki isə 100 at qüvvəsi təklif edirlər. Mühərriklərin hasilatı dəyişşməsə də, onlar daha qənaətcil olublar. Opsional avtomatik transmissiya olaraq, standart mexaniki ötürmələr qutusunun əsasında hazırlanmış bir muftalı sadə 5-pilləli AMT “robotu” çıxış edir.
Avtomatik əyləcləmə funksiyası yenilənmədən əvvəlki modelin təchizatına daxil idi. İndi Picanto hetçbekinin təchizatına zolaqda saxlama, sürücünün yorğunluğunu səviyyəsinə nəzarət və arxaya hərəkət zamanı avtomatik əyləcləmə sistemi əlavə edilib. Yenilənmiş Kia Picanto modelinin bahalı versiyaları yeddi hava yastığı ilə təchiz olunurlar. Yenilənmiş hetçbekin Avropa bazarındakı satışlarına 2020-ci ilin üçüncü rübündə başlanacaqdır.