Kia şirkəti Picanto hetçbekinin növbəti yenilənməsini hazırlayır. İnternetə sızan şəkillərdən göründüyü kimi, koreyalılar modelin görünüşünü böyük modellərin üslubuna uyğunlaşdırmaq istəyirlər. Məsələn, şəhər avtomobilinin kuzovunun ön hissəsinin dizaynında EV9 elektrik krossoverinə aydın istinadlar və “pələng siması” firma üslubunun yeni oxunuşu var. Burada şaquli fənərlər (ilk dəfə tam LED) və onların arasındakı xrom bənd, həmçinin hava girişlərinin bamperdəki imitasiyası var.

Yenilənmiş Picanto hetçbekinin arxa tərəfi də oxşar şəkildə tərtib ediləcəkdir. Lakin mühərrik çeşidində "yumşaq" hibridlərin peyda olacağı gözlənilir. Bu gün hətta Avropa bazarında belə güc qurğuları yoxdur, burada hetçbek ya 1,0 DPi (67 at qüvvəsi, 96 Nm) atmosfer mühərriki və ya 1,0 T-GDi turbomühərriki (100 at qüvvəsi, 172 Nm) ilə təklif olunur. İki ötürmələr qutusu var - beş pilləli mexaniki transmissiya və 2020-ci ildəki restaylinqdən sonra qədim dörd diapazonlu “avtomatı” əvəzləmiş AMT "robotu".

Image alt Image alt Image alt

Köməkçi elektronikanın siyahısının genişlənməsini də gözlənilir. Korean Car Blog bloqu Picanto modelinin kor zonalara nəzarət, geriyə hərəkət edərkən köndələn trafikə nəzarət, zolaqda saxlama və sürücünün vəziyyətinin monitorinqi funksliyalarına malik olacağını ehtimal edir. Kia şirkətinin yenilənmiş hetçbeki nə vaxt təqdim edəcəyi hələlik məlum deyil. Amma çox güman ki, təqdimat ilin sonuna qədər baş tutmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.