Kia Seltos krossoveri üç bundan əvvəl debüt edib və satış həcmi baxımından Kia markasının ikinci modeli olub: 2020 və 2021-ci illərdə dünya üzrə hər il 318 minə yaxın Seltos modeli satılıb. Kia markasının ən populyar modeli isə Sportage krossoveri olub. Bir müddət bundan öncə, ABŞ bazarında satılan Seltos modeli yenilənib, indi isə, növbə Cənubi Koyeranın özünə gəlib çatıb. Yenilənmiş krossoverin satışlarına yaxın günlərdə başlanacaqdır.

Kia Seltos Gravity

Yenilənmiş Kia Seltos modeli yeni gündüz hərəkət işıqları olan yenidən işlənilmiş ön fənərlərə və şaquli duman əleyhinə işıqlara sahib olub. Bundan başqa, avtomobil ölçüləri böyüdülmüş və tərtibatı dəyişdirilmiş radiatoir barmaqlığını və başqa ön bamperi alıb.

Ön bamperdəki gümüşü lövhə yeni formaya malikdir, ölçüləri böyüdülmüş barmaqlıq isə torşəkillidir. Koreya çeşidində qara eksteryer tərtibatı ilə seçilən Gravity top versiyası da yerini qoruyub.

Arxa tərəfdə də dəyişiklər var – ölçüləri nazikləşmiş arxa fənərlər sona dəbə uyğun olaraq işıqlanan zolaqla birləşdiriliblər. Bu, avtomobili vizual olaraq enli göstərməldir. Arxa bamper də yenilənib - əvvəl arxa qanadda yerləşən qırmızı rəngli reflektorlar bamperə köçülüb, yalançı çıxış boruları isə, yoxa çıxıblar.

Yeni bamperlər sayəsində avtomobilin uzunluğu 15 millimetr artaraq 4390 millimetrə çatıb. Model həmçinin yeni dizaynlı 18-düymlük təkər disklərini də əldə edib.

Salondakı dəyişikliklər daha ciddi xarakter daşıyır. İlk nəzərə çarpan yenilik cihazlar panelinin və multimedia sisteminin 10,25-düymlük displeylərini birləşdirən vahid paneldir. Mərkəzi konsol yenidən tərtib edilib: klimat-kontrol yeni yığcam idarəetmə panelinə sahib olub və temperaturu tənizmləyən fırlanan dəstəklərdən məhrum edilib (indi buna düymlərə cavabdehdir), onun altında isə, səs sisteminin düymələri yerləşir.

Ön panelin dizaynı da dəyişdirilib, bundan başqa, transmissiyanın mərkəzi konsoldakı ənənəvi dəstəyini şayba formalı selektor əvəzləyib. Bundan başqa, bahalı versiyalar əlavə səs izolyasiyası qatı olan alın şüşəsini alıblar.

Bu günə qədər Kia Seltos yalnız 1,6-litrlik benzin turbomühərrikləri  (əvvəllər dizel də vardı) ilə təklif edilirdi, indi isə seçim etmək imkanı yaranıb. Baza versiyası 149 at qüvvəsi və 179 Nm fırlanma anı hasil edən 2,0-litrlik atmosfer mühərriki və səkkiz pilləli “avtomat” ilə təchiz edilir.

Əvvələr Seltos belə tranmissiya ilə təchiz edilmirdi. 1,6-litrlik T-GDi turbomühərrikinin gücü 177-dən 198 at qüvvəsinə qədər artırılıb, lakin fırlanma anı əvvəlki kimi (265 Nm) qalıb. Turbommühərrik ikimuftalı 7-pilləli “robot” ilə tandemdə çalışır. Ötürmə - ön oxa və ya tam ola bilər.

Image alt Image alt Image alt Image alt Image alt

Cənubi Koreyada yenilənmiş Seltos 15.700 dollardan başlayan qiymətlərlə satılacaqdır. Daha sonra yenilənmiş krossoverlər digər ölkələrdə də peyda olacaqlar. Kia Seltos modelinin ən çox satıldığı bazarlar Cənubi Koreya ilə yanaşı, Hindistan, ABŞ və Çindir (burada o Kia KX3 adı ilə satılır). Yeni güc qurğularının da təklif ediləcəyi istisna edilmir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.