Kia şirkəti Los Ancelesdə keçirilən avtosalonda 2024-cü model ilinin Sorento ailəsini nümayiş etdirilib. Əsas yenilik - krossoverin modifikasiya çeşidinə əlavə edilmiş, X-Pro adlandırılmış daha utilitar versiyasıdır. Kia Sorento X-pro antrasit rəngli beşqollu 17-düymlük təkər diskləri, yüksək profilli “dişli” BF Goodrich şinləri, işə yararlı bamperləri, gücləndirilmiş dam reylinqləri, zəngin avadanlığı və mütləq tam ötürməsi ilə seçilir.

Kia Sorento X-Pro versiyasının xarici fərqləri ştrixlərdədir: yeni bamperlərin tanınan cəhətləri xrom əlavələrin olmaması və bir qədər dəyişdirilmiş formasıdır. “Ofroud” versiyasının imtiyazı antixrom, yükgötürmə qabiliyyəti artırılmış dam reylinqləri və qeyri-standart təkər diskləridir. Digər təchizat səviyyələrindən ciddi fərqlənməsə də, məhz X-Pro versiyası ən qabiliyyətli yedəkçidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qalan cəhətdən, Şimali Amerikada satılan krossoverlər Cənubi Koreyadakılar ilə eynidir. Restaylinqdən sonra krossover fərqli eksteryer və interyerə sahib olub, baza təchizatı isə genişləndirilib. ABŞ-da beş təchizat səviyyəsi təklif edilir. Hibridlər ümumiyyətlə yenilənməyib: onların yenilənməsini 2025-ci model ilinə qədər gözləmək gərəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.