Lada 4x4 Bronto modifikasiyası Lada 4x4 modelləri arasında yenilənmiş interyerə sahib olmayan yeganə versiya olaraq qalır. Lada.Online portalının əldə etdiyi məlumata əsasən, modernləşdirilmiş interyerə və yeni kondisioner sisteminə sahib olacaq Bronto modelinin istehsalı 2020-ci ilin ortalarına qədər təxirə salınıb.

Lada 4x4 modelinin Bronto modifikasiyası 2017-ci ildə debüt edib. Onun istehsalı AvtoVAZ şirkətinin törəmə müəssisəsi olan VIS-Avto firmasına həvalə edilib. Bronto indeksinin daşıyan ofrouder bir sıra konstriktiv xüsusiyyətlərə malikdir. Bonlara misal olaraq, gücləndirilmiş arxa körpünü və artmış klirensi göstərmək olar. Bundan əlavə, Bronto yolsuzluq şinləri ilə təchiz edilir.

Lada 4x4 modelinin yenilənmiş interyeri

Bronto Lada 4x4 modelinin yenilənməmiş yeganə versiyası olaraq qalır. Xatırladaq ki, 2020-ci ilin əvvəlində modelin digər modifikasiyaları səs-küy və vibrasiya izolyasiyasını da daxil olmaqla yeni salona və bəzi təkmilləşdirmələri əldə ediblər. Son qiymət artımından sonra yenilənmiş üç qapılı Lada 4x4 modeli Ruisyada 559.900 rubla (12.875 manat) başa gəlir.

Motor.ru saytının Lada Online nəşrinə istinadən bildirdiyinə görə, hazırda "köhnə" təchizatlı Lada 4x4 Bronto modeli buraxılmır, yenilənmiş versiyanın satışlarının başlanması isə, 2020-ci ilin ortalarına qədər təxirə salınıb. Brendin veb saytında göstərilən qiymət siyahısına görə, Bronto modelini 742.900 rubldan 806.900 rubla qədər qiymətə almaq olar. Ofrouder, 83 at qüvvəsi təklif edən 1,7-litrlik standart səkkizklapanlı mühərrik və 5-pilləli mexaniki transmissiya ilə təchiz edilir.