Bu günlərdə İnternet şəbəkəsində yenilənmiş Lada Niva modelinin olduğu iddia edilən ofrouderin ilk şəkli peyda olub. Avtomobilin iki nümunəsinin təsvir olunduğu şəkil Drom.ru portalı tərəfindən yayımlanıb. AvtoVAZ şirkətindəki mənbələrdən biri, Chevrolet Niva II konseptinin Toyota RAV4 model ilə calağına bənzəyən və Lada nişanını daşıyan avtomobilin həqiqətən yenilənmiş Niva olduğunu təsdiq edib.
Şəkildəki yolsuzluq avtomobili bu yay Chevrolet emblemini Lada nişanına dəyişdirmiş Niva modelindən ciddi şəkildə fərqlənir. Şəkildə trapesiya formal radiator barmaqlığı, çıxıntılı kapot, nazik formal ön fənərlər və quraşdırılmış yumru duman əleyhinə işıqları olan iri ön bamper ilə təchiz edilmiş model göstərilir.
Avtomobil, kuzovu perimetr üzrə qoruyan boyasız plastikdən hazırlanmış müdafiə qurşağına malikdir. Sol qanaddakı çıxışıa bərkidilmiş şnorkel şəkildə Niva modelinin mürəkkəb yolsuzluq üçün hazırlandığına işarə edir. Kuzovun qalan hissələri dəyişilməz qalır. Ofrouderin arxa hissəsinin şəkli dərc edilməyib: çox güman ki, yenilənmiş model yeni arxa bamperə və işıq texnikasına sahib olub.
AvtoVAZ şirkətinin yenilənmiş Lada Niva modelinin istehsalına noyabrın sonunda başlanılıb. Yenilənmiş model "Lada Zapad Tolyatti" (keçmiş GM-Avtovaz) zavodunda istehsal ediləcəkdir.