AvtoVAZ News nəşri Lada Vesta modelinin planlaşdırılmış yeniləməsi zamanı baş verəcək dəyişikliklərin siyahısını yayımlayıb. Vesta, üçüncü nəsil Renault Logan modelinin üslubunda fərqli formaya sahib LED işıq texnikasına, yeni cihazlar panelinə və şaquli planşeti olan multimedia sistemini əldə edəcəkdir. Bu məlumat, layihənin gedişatı ilə tanış olan mənbələrin sözlərindən istifadə edilərək hazırlanmış render ilə müşayət olunur.
Məlumatı dərc edən müəllif, yenilənmiş Vesta modelinin 10 nüsxəsinin artıq İjevskdəki zavodun konveyer xəttindən çıxdığını iddia edir. Bu dəyişikliklərə əlavə olaraq, yenilənmiş sedan yeni bamperləri (park sensorları inteqrasiya olunmuş), düzbucaqlı duman işıqları, arxa fənərləri, kapot və qanadları, baqaj qapağı, habelə kapotdan plastik jaboya köçürülmüş ön şüşə yuyucuları ilə fərqlənir.
Salonda baş verən dəyişikliklər yeni cihazlar panelindən, yeni çoxfunksiyalı sükandan, dəyişdirilmiş qapı kartlarından və digər oturacaq örtüklərindən ibarətdir. Cihazlar paneli, arasında bortkompyüterin displeyi olan iki "quyudan" obarət olacaqdır. Sedan;n top versiyaları planşeti olan mutimedia sistemi ilə təklif ediləcəkdirlər. Sadə versiyalar isə, adi ekranı olan və Yandex.Auto əlavəsini dəstəkləyən multimedia sistemini alacaqdırlar.
Lada Vesta modelinin mühərrik çeşidində heç bir dəyişiklik gözlənilmir. Hal-hazırda model 106 və 113 at qüvvəli 1,6-litrlik benzin mühərriki və 122 at qüvvəsi hasil edən 1,8-litrlik aqreqatla satılır. 113 at qüvvəli mühərrik variator, digərləri isə beş pilləli mexaniki transmissiya ilə təklif edilir. Qeyri-rəsmi məlumatlara görə, yenilənmiş Lada Vesta modelinin kütləvi istehsalına 2021-ci ilin yay aylarında başlanacaqdır. Yenilənmiş model payızda satışa çıxarılacaqdır.