AvtoVAZ şirkətinin 2021-ci ildə əldə etdiyi nəticələrə həsr edilmiş mətuat konfransında şirkətin satışlar üzrə vitse-prezidenti Olivye Morne yenilənmiş Lada Vesta modelinin bu il təqdim ediləcəyini təsdiq edib. Casuslar yenilənmiş avtomobilin şəkillərini dəfələrlə çəkib, insayderlər isə məlumatları sızdırıblar. Bu gün yeni bir məlumatı “Rospatent” idarəsi ortaya atıb.
Dövlət bazasında yenilənmiş Lada Vesta modelinin cihazlar panelinin patent təsvirləri peyda olub və yeni panel mövcud olandan fərqlidir. Belə ki, cari versiyada spidometr, raxometr, habelə yanacaq səıviyyəsi ilə soyutma mayesinin temperatunun göstərici olan üç “quyu” mövcuddursa, yeni variantda onlardan yalnız ikisi qalıb.
Ümumi stil saxlanılsa da, əqrəb və haşiyələnmə narıncı rəngdədirlər. İxtisara salınmiş “quyudakı” məlumatı cihaz panelinin mərkəzində yerləşən və çox güman ki, ölüçüləri böyümüş displeyə köçürüblər. Göründüyü kimi, yanacaq ehtiyatı şkalanın köməkliyi ilə əks etdirilir. Bundan başqa, yanacaq sərfiyyatı, hərəkət rejimi və təhlükəsizlik sistemlərinin xəbərdarlıqları da bu ekranda göstərilir. Vesta modelinin daha bahalı versiyalarında virtual cihazlar panelinin quraşdırılacağı da məlumdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.