Lexus şirkəti LC kupe və kabrioletini yeniləyib. Sportkar genişləndirilmiş rəng palitrasına və interyerin tərtibat variantlarına sahib olub. Bundan başqa, elektron köməkçilər təkmilləşdirilib, şassi və transmissiya yenidən tənzimlənib, bulud naviqasiyasına çıxışı və səslə idarəetməsi olan yeni multimedia sistemi əlavə olunub. Eyni zamanda, V8 mühərrikli avtomobillərdə trəkşn-kontrolu tamamilə söndürən “ekspert” idarəetmə profili peyda olub, LC 500h Coupé hibridi isə yeni yüksək tutumlu akkumulyator hüceyrələrini əldə edib.
Lexus LC kupe və kabrioletlər ailəsi planlaşdırılmış təftişdən keçib. Beləliklə, kuzov boyası palitrasına iki yeni rəng daxil edilib: mavi Heat Blue Contrast Layering rəngi parlaq və tutqun səhtlər arasında kontrast yaradır, xromatik Sonic Copper rəngi isə, işıqlandırmadan asılı olaraq,çaları zəngindən tünd qırmızıya qədər dəyişdirir. Aerodinamika və akustik rahatlıq naminə yan güzgülərin forması dəyişdirilib, üstəlik, Panoramic View Monitor sisteminin kameraları onlar üçün artıq standart avadanlıqdır.
Daxildə də kifayət qədər dəyişikliklər var - bunlar oturacaqların yeni üzlük variantları və karbondan kandar örtmələri (Sport paketi olan avtomobillər üçün) və sərnişin tərəfindəki ön panelin yaxşılaşdırılmış tərtibatıdır. Kupe və kabriolet üçün ikirəngli Blue & White və ya DK. Rose tərtibat sxemləri də əlçatandır. LC modelinin interyerindəki əsas yenilik isə, 12,3-düymlük (əvvəl 10-düymlük) ekranı, bulud naviqasiyası və səslə idarəetmə funksiyası olan qabaqcıl multimedia sistemidir.
Lexus Safety System + təhlükəsizlik sistemləri kompleksi artıq günün işıqlı vaxtında velosipedçiləri aşkarlayır. Elektronika kəsişmələrdə hərəkətə nəzarət edir, avtomobil zolağı tərk etməyə başlayarsa onu geri qaytarır, sürət həddi nişanlarını oxuyur və döngələrdə sürəti azaldır. Nəhayət, Lexus Driving Signature firma hərəkət fəlsəfəsinə uyğun olaraq, LC modeli üçün bir sıra texniki dəyişikliklər hazırlanıb.
Sadalananlarla yanaşı, amortizatorlar, yaylar və köndələn dayanıqlılıq stabilizatorları yenidən sazlanıb. Altlıqdakı dirəklər, mühərrik dayaqları və arxa hissədəki gücləndiricilər dəyişdirilib. Brake-by-wire əyləcləri və 10 diapazonlu “avtomat” yeni iş alqoritmini alıb. Bundan əlavə, 5,0-litrlik V8 mühərriki ilə təchiz edilmiş kupe və kabrioletlər trəkşn-kontrolu tamamilə söndürən “ekspert” idarəetmə rejimini, LC 500h Coupé hibridi isə, yeni yüksək tutumlu akkumulyator hüceyrələrini əldə edib.
Yenilənmiş Lexus LC modelinin istehsalına may ayında başlanılmalıdır. Sentyabr ayında isə, LC Ultimate Edition top versiyasının buraxılışına start veriləcəkdir. Onlar yapon çinisindən ilhamlanan Hakugin White kuzov rəngi və samuray zirehlərinin rəngini təqlid edən Kachi-Blue interyeri ilə fərqlənəcəklər. Belə avtomobillərin mühərrikləri və arxa differensialları takumi-ustalar tərəfindən köklənəcəklər. Üstəlik, onlar bamperdəki kanard-qanadları və spoyleri alacaqlar. Sonuncu element Red Bull Air Race çempionatlarında iştirak edən idman təyyarələrində istifadə edilən karbon lifi ilə gücləndirilmiş plastikdən hazırlanır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.