Mazda şirkəti yapon bazarında sat;lacaq yenilənmiş Mazda2 hetçbekini təqdim edib. Yaponiyada Mazda Demio adı ilə satılan avtomobil, bundan sonra qlobal ada malik olacaqdır.
Yenilənmiş Mazda2 modelinin dizaynı, yapon markasının son modellərində tətbiq edilə dizayn ülubundadır. Avtomobilin fənərləri nazik formaya, radiator barmaqlığı isə torşəkilli naxışa malik olub. Yeniləniş model standart olaraq 16 düymlük təkər diskləri, təkmilləşdirilmiş asqı, yaxşılaşdırılmış səs-küy izolyasiyası və yeni profilə malik olan oturacaqlar ilə təchiz edilir.
Opsional avadanlıq siyahısına 40 fərdi LED modulları olan adaptiv fənərlər, tam dayandırma funksiyası olan aktiv kruiz-kontrol və zolaqda saxlama funksiyası daxil edilib.
Yenilənmiş Mazda2 110 və 116 at qüvvəli 1,5-litrlik Skyactiv-G benzin mühərriki, həmçinin 105 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,8-litrlik Skyactiv-D dizeli ilə təklif edilir. Avtomobil ön və ya tam ötürmə, mexaniki və ya avtomatik qutu, həmçinin G-Vectoring Control Plus dartma vektoruna nəzarət sistemi ilə təchiz edilir. Bundan başqa, Mazda2 superkondensatoru olan i-Eloop rekuperasiya sistemi və Mazda Connect mediakompleksinə də sahib olub.