Artıq məlum olduğu kimi, yenilənmiş Mercedes-Benz C-Class ailəsi gələn ildən başlayaraq avtosalonlarda satışa çıxarılacaqdır. Bu günlərdə avtomobilin cüzi kamufljaya malik olan test prototiplərinin görüntüləri Motor1 saytının sərəncamına daxil olub.
Fotoşəkillərdən də göründüyü kimi, yenilənmiş Mercedes-Benz C-Class modellərinin eksteryerindəki dəyişikliklər əsasən ön hissədə baş veribdir. Ön bamper və işıq texnikasinin üzərinin kamuflyajla örtülməsi buna birbaşa işarə edir.
Digər tərəfdən, sedan kuzovlu modelin arxa fənərlərinin dizyanı da yenilənibdir. Kupe kuzovlu variantın isə, eyni zamanda, yeni arxa bamperə sahib olacağı da görünür. “Bərkgedən” Mercedes-AMG C63 modifkasiyası da bu dəyişiklərdən nəsibini almalıdır.
Böyük ehtimalla, Mercedes-Benz şirkətinin mütəxəssisləri əsas diqqəti avtomobilin salonunun tərtibatın yenilənməsinə və onun malik olduğu avadanlıqların təkmilləşdirilməsinə yönəldiblər. İnteryerin əldə edilmiş cəsus fotoşəklindən göründüyü kimi, mərkəzi tuneldə olan dəyirmi coystik sensorlu panellə əvəz edilibdir.
Bu yenilənmiş C-Class ailəsinin yeni multimedia sistemi ilə təchiz ediləcəyindən xəbər verir. Eyni zamanda, modelin mühərrik çeşidində dəyişikliklərin olması ehtimalı da mövcuddur. Yenilənmiş avtomobili yeni altı və dörd silindrli mühərriklərlə təchiz ediləcəyi ehtimallar arasındadır.