Mercedes-Benz şirkəti yenilənmiş S-Class sedanı ətrafında cərəyan edən marağı qızışdırmağa davam edir. Bu gün alman istehsalçısı bayraqdar modelin bir neçə yeni tizerini dərc etmişdir.
Əvvəl də xəbər verdiyimiz kimi, bayraqdar sedanın eksteryeri cüzi dəyişikliklərə məruz qalacaqdır. Bunların arasında yeni radiator barmaqlığı və təkmilləşdirilmiş işıq texnikası da vardır. Yenilənmiş sedan üç qollu sükan çarxına və təkmilləşdirilmiş multimedia sisteminə sahib olacaqdır.
Yenilənmiş Mercedes-Benz S-Class modeli yeni mühərrikləri və müasir avtonom idarəetmə sistemini əldə edəcəkdir. Bundan başqa, bayraqdar sedan bir sıralı altı silindrli mühərriklər ilə, həmçinin Mercedes-AMG GT sportkarından tanış olan 4,0-litrlik iki turbokompressorlu V8 güc aqreqatı ilə təchiz ediləcəkdir.