Mercedes-Benz şirkəti Şanxayda keçirilmiş xüsusi tədbirdə yenilənmiş S-Class sedanını təqdim etmişdir. Bayraqdar sedan kosmetik dəyişikliklərə məruz qalmış və avtobanda hərəkət etmək üçün avtopilot sistemini, həmçinin yeni mühərrikləri əldə etmişdir.

Zahiri görünüş cəhətdən yenilənmiş sedan tamamilə ön işıq texnikası, radiator barmaqlığı və modifikasiyasından asılı olaraq dəyişəcək aerodinamik kuzov dəsti ilə seçilir. Avtomobilin salonundakı yeniliklər sensorlu panelləri olan üçqollu sükan çarxından ibarətdir ki, bu sükan da modifikasiyadan asılı olaraq müxtəlif ola bilər. Misal üçün, Maybach və AMG variantlarının sükanları adi sedanda olduğundan fərqlidir. Bundan başqa, multimedia sisteminin displeyinin və cihazlar panelinin tərtibatı da yenilənmişdir. Artıq bu displeylər E-Class modelində olduğu kimi bir şüşənin altında yerləşdirilmişdirlər.

Yeni modelin təchizatına çoxlu sayda yaxşılaşdırılmış, həmçinin sayı artırılmış təhlükəsizlik və sürücüyə yardım sistemləri daxil edilmişdir.

Mercedes-AMG S 63 4Matic+

Artıq məlumat verildiyi kimi, yenilənmiş S-Class şossedə avtonom hərəkət, zolaqdəyişmə imkanı verən avtopilot sisteminə, həmçinin digər avtomobillər və infrastruktur obyektləriilə «ünsiyyət» qurma funksiyasına,  smartfonla kənardan idarə edilən avtomatik dayanacağaqoyma sisteminə sahib olmuşdur.  Eyni zamanda, yenilənmiş S-Class sükan idarəetməsinə də müdaxilə edərək sürücüyə qəzadan yayınmağa yardım edəcəkdir. Bundan əlavə, avtomobilin avadanlıq siyahısına Energizing sistemi də daxil edilmişdir ki, bu sistem də 10 dəqiqəlik əhval-ruhiyyə yüksəltmə - Warmth, Vitality, Joy, Comfort və Training (üç variantda) proqramlarına malikdir.

Seçilmiş proqramdan asılı olaraq, sistem oturacaqların tənzimləmələrini (isitmə, havalandırma və massaj), salonun LED işıqlandırmasını (64 çalar seçimi), klimat-kontrolun (qorulandırma da daxildir) iş rejimini dəyişir və musiqili müşayəti seçir. 

Mercedes-AMG S65

Bayraqdar sedanın mühərrik çeşidinə 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki daxil edilmişdir. Bu mühərrik 4,7-litrlik və 5,5-litrlik səkkiz silindrli mühərrikləri əvəz etmişdir. Mercedes-Benz S560 modifikasiyasınıda bu mühərrik 469 at qüvvəsi, Mercedes-AMG S63 modifikasiyasında isə 612 at qüvvəsi hasil edir. Bayraqdar sedanın «qaynar» S63 modifikasiyası eyni zamanda doqquz pilləli AMG Speedshift MCT ötürmələr qutusunu da əldə etmişdir. Mercedes-AMG S63 4Matic+ modeli 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənir.

AMG Driver’s Package dəstinin sifariş edilməsi halında modelin maksimal sürəti 300 km/saat təşkil edir. Altı litrlik V12 mühərriki ilə təchiz edilmiş arxa çəkişli Mercedes-AMG S65 modeli isə 100 km/saat sürətini 4,3 saniyəyə toplayır.

Mercedes-Maybach S560 4MAtic

Yenilənmiş bayraqdar sedanın mühərrik çeşidinə 3,0-ltrlik sıralı dizel mühərriki daxil edilmişdir ki, bu aqreqat da 286 at qüvvəsi və 600 Nm fırlanma anı (S350 d 4Matic), həmçinin  340 at qüvvəsi və 700 Nm fırlanma anı (S400 d) təklif edir.

Yaxın zamanlarda avtomobilin mühərrik qammasına elektrik kompressoru və 48-voltluq  elektrik sistemi olan digər altı silindrli dizel mühərriki daxil ediləcəkdir. Aqreqat iki güc variantında təklif ediləcəkdir.  Avtomobilin satışlarına bu il başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt