Casuslar yenilənmiş Nissan Navara (bəzi bazarlarda Frontier adı ilə tanınır) pikapının şəkillərini çəkməyə müvəffəq olublar. Pikapın eksteryer dizaynı dəyişdiriləcək, avadanlıq siyahısına isə "premium" opsiyalar əlavə ediləcəkdir. Yenilənmiş Navarra modelinin mühərrik çeşidinə müasir 2,3-litrlik biturbodizel daxil ediləcəkdir. Yenilənmiş Nissan Navara modelinin təqdimatı cari ilin sonuna qədər baş tutmalıdır.
Asiya ölkələrinin birində çəkilmiş şəkillərdən göründüyü kimi, pikap tam LED optikaya, yeni bamperlərə və yük bölümünün örtüyünə malik olacaqdır. Bundan əlavə, radiator barmaqlığının ölçüsü artacaq və kapotda isə model adı olan əlavə peyda olacaqdır.
Adi versiyalarla yanaşı, mürəkkəb yolsuzluq üçün hazırlanmış versiya da debüt edəcəkdir. Belə modifikasiya hündürlüyü artırılmış asqı, anti-xrom paketi, kenqurin və kuzovun perimetri quraşdırılacaq plastikdən müdafiə dəstinə sahib olacaqdır.
Nissan Navara modelində baş verəcək texniki yeniliklər bazardan asılı olaraq fərqlənəcəkdir. Məsələn, ABŞ bazarında Nissan Frontier adı ilə satılacaq modelin yeni 3,8-litrlik V6 benzin mühərriki və 9-pilləli avtomat ilə təklif ediləcəyi gözlənilir.
Asiya-Sakit Okean bölgəsində Nissan Navara modeli 190 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,3-litrlik biturbo dizel ilə təchiz ediləcəkdir. 2,5-litrlik mühərriki əvəz edəcək güc qurğusu 7-pilləli “avtomat” ilə tandemdə çalışacaqdır.
Yenilənmiş Nissan Navara / Frontier modelinin rəsmi təqdimatı 2020-ci ilin sonuna qədər baş tutmalıdır. Yenilənmiş pikapın satılacağı ilk bazar Tailand ola bilər. 2021-ci ilin əvvəllərində isə Şimali Amerika bazarı üçün nəzərdə tutulan versiyanın debüt edəcəyi gözlənilir.