Yanvar ayında çex istehsalçısı bu il keçirəcəyi ilk təqdimat barədə acıqlama verib: bu ay 2019-cu ildən indiki formada satışda olan dördüncü nəsil Octavia liftbəkinin yenilənmiş versiyası debüt etməlidir. Bu gün Skoda şirkətinin mətbuat xidməti yenilənmiş liftbəkin dizayn detallarını açıqlayan qısa videoçarxı yayıb. Təfərrüatlar hələlik gizli saxlanılır, lakin "modernləşdirilmiş" və "yenilənmiş görünüş", həmçinin daha geniş radiator barmaqlığı və arxa tərəfdəki yeni CI işıq imzası vəd edilib.
Skoda yenilənmiş Octavia modelinin ön hissəsini "zərif" kimi təsvir edir. Daha geniş radiator barmaqlığı ilə yanaşı, bestseller uzadılmış diaqonal zolaqları olan yeni fənərləri və dizaynı yenidən işlənmiş bamperləri, həmçinin yenilənmiş qrafikası olan arxa işıqları alacaq. Görünən odur ki, kuzovun qalan hissəsi əvvəlki kimi qalacaq.
Skoda hələlik liftbəkin interyer dizaynını açıqlamayıb. Bununla belə, casuslar Octavia universalının prototipində daha böyük displeyin quraşdırıldığını görüblər. Böyük ehtimalla, bu displey yeni Kodiaq və Superb modellərindən götürülüb.
Güc aqreqatlarına gəlincə, Skoda əvvəllər mühərrik çeşidini optimallaşdıracağını bildirmişdi. Yenilənmiş liftbəkin 108 at qüvvəli 1,0-litrlik “turboüçlüyə”, mülayim hibrid güc qurğusuna və 148 at qüvvəli 1,5-litrlik “turbodördlüyə” sahib olacağı proqnozlaşdırılır.
114-197 at qüvvəsi arasında gücə malik olan əvvəlki dizel mühərrikləri də çeşiddə qalacaqlar. Çox güman ki, 13 kilovat-saatlıq batareyanı qoruyub saxlayacaq plagin hibrid versiyası da təklif ediləcək.
Yenilənmiş Octavia Skoda model xəttinin genişmiqyaslı modernləşdirilməsinin tərkib hissəsi olacaq. Mövcud modellər üzərində işləməkdən əlavə, çex istehsalçısı yeni modelləri də hazırlayır ki, bunlardan biri də Karoq modelinin “yaşıl” varisi - yeni Elroq krossoveri olacaq. 2026-cı ilə qədər isə, Skoda markasının model xəttində artıq üç elektromobil olmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.