Dünən global internet şəbəkəsində yenilənmiş Opel Zafira miniveninin təsvirləri peyda olmuşdur. Avtomobilin görüntüləri alman şirkətinə məxsus olan saytların birindəki konfiquratorda üzə çıxmışdır. Sonradan şəkillər silinsə də, xoşbəxtlikdən bəzi kütləvi informasiya vasitələri onları saxıamağa imkan tapmışdırlar. Ehtimal edildiyi kimi, yenilənmiş miniven yeni nəsil Opel Astra modelinin dizayn üslubunda hazırlanmış eksteryerə yiyələnmişdir.
Təsvirlərdən də göründüyü kimi, avtomobil tamamilə yeni ön hissə ilə seçilir. Opel Zafira yenilənmədən sonra işıqdiodlarından hazırlanmış ön fənərləri, yeni radiator barmaqlığını, yeni qabaq bamperi və əlavə xrom işləmələri əldə etmişdir.
Arxa hissədə də bənzər dəyişikliklər vardir - minivem yeni arxa bamper və yenidən işlənmiş arxa fənərlərlə təchiz edilmişdir. Yenilənmiş Opel Zafira modelinin interyerində də ciddi dəyişiklikləəri görmək mümkündür. Bunlar tamamilə yeni mərkəzi konsol, yeni formalı sükan çarxı və multimedia sisteminin iri sünsorlu displeyidir.
Yenilənmiş Opel Zafira modelinin rəsmi debütünün nə zaman baş tutacağı məlum deyildir.