İspaniyanın KM77 nəşrinin jurnalistləri restaylinqdən kçmiş Peugeot 3008 krossoverinin manevr qabiliyyətini sınayıblar. Yenilənmədən əvvəlki modeldən fərqli olaraq, 2021-ci model ilinin krossoveri daha zəif nəticə göstərib. Qənaətbəxş olmayan nəticəyə şinlər səbəb ola bilər.
Avtomobillər üçün ən çətin sınaqlardan biri olan “sığır testi”, onların yüksək sürətlərdəki idarəolunma xüsusiyyətlərini yoxlamaq üçündür. Avtomobil yüksək sürətlərdə kəskin manevrlər edir və bu hərəkətləri konuslara toxunmadan həyata keçirməlidir.Bu testlərdə əla göstərici, 77 km/saat sürətilə konuslara toxunmadan tapşırığı yerinə yetirmək sayılır. krossoveerlərin orta göstərici isə, 74-75 km/saat hesab olunur.
181 at qüvvəli 1,6-litrlik turbomühərriklə hərəkətə gələn yenilənmiş Peugeot 3008 modeli “sığır testini” 73 km/saat sürətilə təmiz keçməyi bacarıb. 77 km/saat sürətində krossover konuslardan birini vursa da, yenə də dayanıqlılıq nümayiş etdirib. Daha yüksək sürət ilə keçirilən digər cəhdlərin hamısı uğursuz alınıb. Manevrlər zamanı Peugeot 3008 modelinin arxa təkərlərindən biri yerdən ayrılıb. Üstəlik, krossoverin stabilizasiya sistemi aktivləşməyib.
2017-ci ildə ispanlar əvvəlki nəsil Peugeot 3008 modelinin “sığır testlərini” həyata keçiriblər. O zaman krossover testi 77 km/saat sürətilə keçə bilmişdi. Qeyd etmək gərəkdir ki, sınaq avtomobili 120 at qüvvəli turbodizellə hərəkətə gəlirdi. Üstəlik, krossover 225/55 ölçülü şinlər ilə təchiz edilmişdi. Son nəsil 5008 krossoverinin şinləri isə 20 millimetr ensizdir. Böyük ehtimalla, məhz bu göstərici asfalt ilə kifayət qədər ilişməni təmin etməmiş və “sığır testi” zamanı həlledici rol oynamışdır.