Keçən il Polestar 2 elektrik liftbəkinin BST Edition 270 adlı ən bahalı və drayver versiyası debüt etmişdi, lakin bəyan edilən 270 nüsxəlik tirajı olduqca yeyin satılmışdı. Bu yaxınlarda 2 ailəsi planlaşdırılmış yeniləmədən keçib, indi isə, Polestar Engineered bölməsi tərəfindən yaradılmış “qaynar” versiya bu ailəyə qaytarılıb. Lakin artıq onun flaqman statusu şübhə altındadır.

Keçən ilki avtomobil kimi, yeni Polestar 2 BST Edition 230 versiyası da Performance paketi ilə təchiz edilmiş tamötürməli Long Range Dual Motor modifikasiyasına əsaslanır. Üstəlik, ümumilikdə 476 at qüvvəsi və 680 Nm hasil edən iki sinxron elektrik mühərrikinin keçən ilki konfiqurasiyası da qorunub saxlanılıb. Halbuki yenilənmiş Performance versiyasında qabaqda asinxron mühərrik quraşdırılır, maksimal fırlanma anı isə 740 Nm-ə qədər artırılıb.

Bu səbəbdən “qaynar” Polestar 2 BST Edition 230 versiyası 100 km/saat həddinə keçən ilki avtomobillə eyni müddətə - 4,4 saniyəyə sürətlənir. Halbuki, yenilənmiş Performance liftbəki bu işə 4,2 saniyəyə edir. Maksimum sürət istənilən halda 205 km/saat həddində məhdudlaşdırılır. Beləliklə, BST Edition 230 versiyasının yeganə üstünlüyü geniş miqyasda təkmilləşdirilmiş şassisidir.

Asqıda kənar rezervuarları olan tənzimlənən Öhlins amortizatorları quraşdırılmış, yayların sərtliyi 20% artırılmış, klirens isə 25 millimetr azaldılmışdır. 21-düymlük təkər disklərinə Pirelli P Zero şinləri taxılmışdır. Performance paketinin dördporşenli mexanizmləri və 400 millimetrlik diskləri olan Brembo ön əyləcləri standart təchizata daxildir. Arxada isə, 390 millimetrlik diskləri və tək porşenli mexanizmləri olan əyləclər quraşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BST Edition 230 versiyası üçün yeni solğun yaşıl kuzov rəngi təklif olunur (qara da sifariş edilə bilər). Əlavə ödəniş qarşılığında isə, "idman" zolaqlarını sifariş etmək mümkündür. Salonda isə, mikrofiber əlavələrlə kombinə edilmiş üzlükləri olan oturacaqlar və sükan çarxını görmək olar. İndeksdən göründüyü kimi, Avropa və Şimali Amerika bazarlarında satılacaq 230 elektromobil buraxılacaqdır. Çatdırılmalara bu ilin üçüncü rübündə başlanmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.