Yenilənmiş Porsche Cayenne modelinin təqdimatına bir gün qalır. Buna baxmayaraq, krossoverdə hansı dəyişikliklərin baş verəcəyi artıq məlumdur. Məsələn, Cayenne modelinin asqı və əyləclərini təkmilləşdirib, üçekranlı multimedia sistemini və piksel texnologiyalı matrisa fənərlərini əlavə ediblər. Yenilənmədən sonra krossoverin bütün versiyaları daha güclü olmalıdır. Lakin infernal Turbo GT versiyası alman markasının Avropadakı çeşidindən çıxarılacaqdır.
Tədricən toplanan məlumatlar bizə yenilənmiş Porsche Cayenne modelinin necə olacağını təsəvvür etməyə imkan verir. Ümumiyyətlə, alman istehsalçısı qarşıdan gələn restaylinqin markanın tarixindəkı ən geniş miqyaslı yenilənmə olduğunu bildirib. Buna görə də, krossover hər bir cəhətdən yaxşılaşmalıdır. Əsas diqqət idarəetmə keyfiyyətlərinin yaxşılaşdırılmasına yönəldiləcək, üstəlik, Cayenne də Taycan kimi üçekranlı yeni multimedia sistemini və HD Matrix LED fənərlərini əldə edəcəkdiir.
Yenilənmiş krossoverdəki sportkar, komfortlu qrand-turer və ofroud xüsusiyyətləri daha da gücləndirilmişdir. Məlumdur ki, model üçün iki kameralı pnevmodayaqları olan yeni yarımaktiv şassi hazırlanıb, asqının həndəsəsinə və əyləc sisteminə isə yenidən baxılıb. Seriyaöncəki prototipləri idarə etmiş jurnalistlər, Cayenne modelinin yüksək sürətlərdə belə döngələrdəki heyrətamiz asfalta yapışma qabiliyyətindən həvəslə danışıblar.
Porsche Cayenne krossoverinin bütün versiyaları yeniləmədən sonra daha güclü olacaqlar, Cayenne S isə 2,9-litrlik V6 biturbomühərriki (440 at qüvvəsi, 550 Nm) itirəcək - o, Audi tərəfindən hazırlanmış 4,0-litrlik V8 mühərriki ilə əvəzlənəcək. E-Hybrid 25,9 kilovat-saatlıq batareyanı alacaq və elektrik dartması ilə daha çox məsafə qət edə biləcəkdir.
Turbo GT isə ailənin flaqmanı statusunu qoruyub saxlayacaqdır. Kupeşəkilli krossover əvvəlki kimi gücü 640-dan 660 at qüvvəsinə qədər artırılmış 4,0-litrlik V8 ilə təchiz ediləcəkdir. Düzdür, Avropada ekoloji standartların sərtləşdirilməsi ilə əlaqədar olaraq burada Turbo GT artıq satılmayacaqdır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.