Mercedes-Benz şirkəti yenilənmiş S-Class sedanı barədə bəzi təfərrüatları və bayraqdar modelin interyerinin fotoşəkillərini dərc etmişdir. Kosmetik dəyişiklərlə yanaşı, avtomobil daha müasir təchizat siyahısına malik olacaqdır.
Bu yeniliklərin arasında yarı avtonom idarəetmə sistemi də vardır. Yeni sistem avtomobili sərbəst şəkildə şossedə idarə edəcəkdir. Faktiki olaraq söhbət tam dayanma və zolağı dəyişmə funksiyalarına malik olan adaptiv kruiz-kontrol sistemindən gedir. Sürücüyə dönmə işığı vasitəsi ilə arzu olunan zolağı göstərmək kifayətdir ki, sistem, manevrin təhlükəsizliyindən əmin olduqdan sonra, sərbəst şəkildə yerdəyişməni həyata keçirsin.
Bundan başqa, avtonom sistem hərəkət zamanı GPS-dən alınan məlumatlara əsaslanaraq öncədən sürəti azaltmaq imkanına malik olacaqdır. Buna misal olaraq , ödəmə nöqtələrinə yaxınlaşmanı və ya əvvəlcədən təyin edilmiş marşrut üzrə şosseni tərk etməni göstərmək olar. Eyni zamanda, yol nişanlarının aşkarlanması sistemi sayəsində elektronika sürətiə düzəliş də etmək qabiliyyətinə malik olacaqdır.
Avtopilot sistemi sürətə və məsafəyə nəzarəti 210 km/saat həddinə qədər sürətlərdə həyata keçirir. Yerdəyişməyə nəzarət isə 180 km/saat həddinə qədər sürətlərdə həyata keçirilir. Bununla bərabər, tıxaclarda işləmək qabiliyyətinə malik olan adaptiv kruis-kontrol 30 saniyəlik dayanmadan sonra sərbəst şəkildə avtomobili hərəkət etdirəcəkdir.
Daha bir yeni sistem Car-to-X adlanır ki, bu sistem də sedana digər avtomobillər və ətraf infrastruktur ilə əlaqə yaratmaq imkanı yaradır. Birinci halda, bunlar müxtəlif manevrlər haqqında məlumatlar və digər sürücülərin göndərdiyi xəbərdarlıqlar ola bilər. İkinci hala misal olaraq isə, işıqforun qırmızı işığa keçəcəyi barədə məlumatın qəbul edilməsini göstərmək olar.
Göstərilənlərə əlavə olaraq, Mercedes-Benz S-Class modeli kor zonalara aktiv nəzarət sistemi ilə təchiz ediləcəkidr ki, bu sistem də 200 km/saat həddinə qədər sürətlərdə çalışacaqdır. Eyni zamanda, aşağı sürətlərdə yandan toqquşma təhlükəsi olarsa, sistem avtomobili tam dayandırmaq qabiliyyətinə malikdir. Bundan başqa S-Class, sürücünün iştirakı olmadan, avtomobili smartfon vasitəsi ilə dayanacaqda yerləşdirmək və ya çıxarmaq funksiyasına da sahib olacaqdır. Yenilənmiş bayraqdarın təhlükəsizlik sistemlərinin siyahısına Evasive Steering Assist funksiyası da daxil edilmişdir. Bu sistem təhlükə olan zaman sükan sisteminə müdaxiləni nəzərdə tutur və sürücüyə toqquşmadan qaçmağa köməklik edir.
Sistem yalnız sürücü tərəfindən idarəetmə həyata keçirildikdə müdaxilə edə bilir. Həmçinin, yenilənmiş S-Class sedanının sensorları olan üçqollu sükan çarxını və cihazlar panelinin displeyinin yeni konfiqurasiyasını əldə edəcəyi məlumdur. Yenilənmiş sedanın təqdimatının Nyu-York və yaxud Şanxay avtosalonlarında keçiriləcəyi ehtimal olunur.