Mercedes-Benz şirkəti bayraqdar sedanı olan S-Class modeli üçün yeni mühərriklər xəttini hazıraldığı barədə məlumat vermişdir. Bayraqdar model daha güclü altı və səkkiz silindirli benzin mühərrikləri, həmçinin alman şirkətinin tarixində ən güclü dizeli əldə edəcəkdir.

Yenilənmiş Mercedes-Benz S-Class modeli 4,0-litrlik iki turbokompressorlu benzin mühərrikini əldə edəcəkdir ki, bu mühərrikin də hazırlanması zamanı Mercedes-AMG GT və Mercedes-AMG E63 modelinin mühərriklərində tətbiq edilmiş texnologiyalardan istifadə edilmişdir.

Yeni səkkiz silindirli mühərrik, hazırki 455 at qüvvəsi və 700 Nm fırlanma anı olan 4,7-litrlik V8 mühərrikini əvəz edəcəkdir. Mercedes-Benz nümayəndələri yeni aqreqatın əvvəlkinə nisbətən beş faiz məhsuldar olduğunu bildirirlər. Bununla belə, 900 - 3250 dövr/dəqiqə arasında işləyən silindirlərin deaktivaziyası sisteminin tətbiqi sayəsində  yanacaq sərfiyyatə 10 fazi azalacaqdır. 

Bundan başqa, yenilənmiş S-Class modeli aşağı dövrələrdə gecikməni kompensasiya edən elektrik kompressoru olan altı silindirli bir sıralı (R6) mühərrikini əldə edəcədkir

Yeni altı silindirli benzin mühərriki

Elektrik kompressoru 48-voltluq sistem sayəsində fəaliyyət göstərəcəkdir. Belə sxem Audi SQ7 krossoverində quraşdırılan səkkiz silindirli dizel mühərrikində tətbiq edilmişdir. Yeni mühərrik ən azı 407 at qüvvəsinə və 500 Nm fırlanma anına malik olacaqdır. Hazırki altı silindirli mühərrik 333 at qüvvəsi və 480 Nm fırlanma anı təklif edir.

Bayraqdar model 312 at qüvvəli bir sıralı dizel aqreqatını əldə edəcəkdir ki, bu aqreqat da 257 at qüvvəli V6 mühərrikini əvəz edəcəkdir. Yeni mühərrik avtomobil istehsalçısının tarixində olan ən güclü dizel mühərriki olacaqdır. Bu mühərrikdə tam alüminium blokdan, polad porşenlərdən, ardıcıl üfləmə sistemindən və qazların bölüşdürülməsinin dəyişən fazasından ibarət texnologyalardan istifadə ediləcəkdir.

Yenilənmiş Mercedes-Benz S-Class modeli 2017-ci ilin yayında debüt edəcəkdir. Əvvəllər bayraqdar modelin yeni nəsil E-Class modelində tətbiq edilən və avtomatik olaraq 210 km/saat sürətlərində avtomobili sürətləndirən və yavaşladan  Drive Pilot sistemi ilə təchiz ediləcəyi bildirilmişdir.

4,0-litrlik V8 biturbo

312 at qüvvəli altı silindirli dizel mühərriki

Elektrik kompressorlu mühərrik