Skoda Karoq modeli 2017-ci ildə debüt edib, bu gün isə, yığcam krossoverin plan üzrə yenilənmiş versiyası təqdim olunub. Karoq modeli uğurlu olub: beş il ərzində yarım milyondan çox krossover satılıb və indi bu model korporativ satış reytinqində ikinci yeri (Octavia modelindən sonra) tutur. Krossoverin istehsalı ilə Cexiya, Slovakiya, Rusiya və Çindəki zavodlar məşğul olurlar.

Yenilənmiş Karod modeli yeni bamperlərə, genişləndirilmiş və başqa forma almış radiator barmaqlığına, habelə beşinci qapının üzərindəki daha böyük spoylerə sahib olub. Təkər diskləri çeşidində (16-19 düym arasında) aerodinamik cəhətdən optimallaşdırılmış 17 və 19 düymlük disklər peyda olublar. Tam ötürməli versiyaların altında yanacaq çənini və arxa müstəqil asqını müdafiə edən yeni örtüklər quraşdırılıb. Bütün bunlar modelin aerodinamik müqavimət əmsalını 9% azaltmağa imkan verib. İndi krossoverin Cd əmsalı 0,30-a bərabərdir.

Dəyişdirilmiş ön fənərlər eyni zamanda gündüz hərəkət işıqlarını “sındıran” kiçik “pilləkən” ilə iki hissəyə bölünüblər. Standart olaraq krossover LED fənərlər ilə təklif edilsə də, duman əleyhinə fənərlər hələ də halogen lampası ilə təchiz edilirlər. Əlavə ödəniş qarşılığında matrisa fənərlərini də sifariş etmək mümkündür: bu halda yuxarı və aşağı bölmələr diodlardandır və sixron olaraq çalışırlar, duman əleyhinə işıqlar isə əlavə rejimlə işə düşürlər.

Yeni arxa fənərlər də indi diodlardan hazırlanırlar. Onlar əvvəlkilərdən daha yığcamdırlar, bahalı versiyalarda isə, qabarit işıqlanın işə salınması animasiyası və “qaçan xətt” dönmə işığı tətbiq edilir. Avropa çeşidində kuzov rəngində aerodinamik kuzov dəsti və 18-düymlük diskləri ilə seçilən Sportline versiyası qalıb.   

İnteryer demək olar ki, dəyişməyib: plastik şüşələrdən hazırlanmış təkrar emal materiallarından istifadə edilən Eco Pack tərtibatı da daxil olmaqla, yeni tərtibat variantları peyda olublar. Salonun diod işıqlandırılması dəyişdirilmiş, elektrik ötürməsini təkcə sürücü oturacağı üçün deyil, həm də ön sərnişin oturacağı üçün sifariş etmək olar. Köməkçi sistemlərin siyahısına arxa ötürmə ilə hərəkət zamanı avtomatik əyləcləmə sistemi əlavə edilib.

Avropada satılan Karoq modelinin standart təchizatına səkkiz düymlük ekranı və yeganə qrafikası olan rəqəmsal cihazlar paneli daxildir.  Əlavə ödəniş qarşılığında bir neçə təsvir variantı olan 10,25-düymlük cihazlar panelini sifariş etmək olar. Əvvəlki kimi, 6,5, 8,0 və 9,2 düymlük sensorlu ekranları olan dörd mediasistem təklif olunur. Bundan başqa, Avropada uzununa tənzimlənən üç hissəsi və geniş transformasiya imkanları olan VarioFlex divanını da sifariş etmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropadakı mühərrik çeşidi əvvəlkidir və hətta, hibrid versiyaları belə peyda olmayıb. Mühərrik çeşidinə 110 at qüvvəli 1,0-litrlik və 150 at qüvvəli 1,5-litrlik benzin turbomühərrikləri, habelə 116 və 150 at qüvvəli 2,0-litrlik turbodizellər daxildir. Sportline versiyası isə 190 at qüvvəli 2,0-litrlik TSI mühərriki ilə hərəkətəgəlir. Ötürmələr qutusu 6-pilləli mexaniki transmissiya və 7-pilləli DSG “robotudur”. Tam ötürmə sistemi yalnız 150 at qüvvəli dizel və 190 at qüvvəli benzin mühərriki ilə təchiz edilmiş versiyalarda quraşdırılır. Avropa bazarında yenilənmiş Skoda Karoq modeli gələn ilin yazında satışa çıxarılacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.