Skoda şirkəti həyat dövrünün ortasında yenilənmiş Karoq modelinə olan marağı körükləməyə davam edir. Bir müddət bundan öncə, Skoda şirkəti yenilənmiş krossoverin təqdimat tarixini açıqlayıb, indi isə onun dizayner sketçlərini dərc edib.
Buraxılış sisteminin çıxış borularının xrom ucluqları və ikirəngli təkər diskləri şəkillərdəki modifikasiyanın Sportline versiyası olduğundan xəbər verir. “İdman” versiyası üçün ənənəvi olan ön qanaddakı emblemin yoxluğunu şəkilin şərtiliyi ilə izah etmək olar.
İlk diqqəti çəkən məqam ön faraların mürəkkəb formasıdır: radiator barmaqlığına yaxınlaşıdırılmış hissə daha nazik olub, gündüz hərəkət işıqlarının LED zolağı isə iki hissəyə bölünüb. Belə həll yolu təndiqlər obyektinə çevrilmiş “dördgözlü” Octavia liftbekini xatırladır. Radiator barmaqlığının özü və hava girişlərinin yan hissələri tünd xromdan haşiyələrə malikdirlər.
Daha bir yenilik – duman əleyhinə işıqların yuvasının dəyişdirilmiş formasıdır. İndi bu yumanın enli hissəsi yuxarıda deyil, aşağıdadır. Arxada nazik üçüqi zolaqları olan və beşinci qapıya keçən daha yığcam fənərlər və 2020-ci ildən tətbiq edilən Skoda yazısı mövcuddur.
Texniki hissəyə gəlincə isə, dəyişikliklərin olması ehtimalı çox azdır. Əvvəllər hibrid modifikasiyanın peyda olacağı barədə şayiələr dolaşırdı, lakin belə versiyanın ilk zmanlar modifikasiya çeşidinə daxil edilməsi gözlənilmir. “Qaynar” RS versiyasının da...
Yenilənmiş Skoda Karoq modelinin təqdimat mərasimi 30 noyabr tarixində keçirilməlidir. Restaylinqdən krossoverin satışlarına 2022-ci ildə başlanacaqdır. Əlbəttə ki, yarımkeçiricilərin çatışmamazlığı mane olmasa...
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.