Gözlənildiyinin əksinə olaraq Skoda şirkəti nə Cenevrə, nə də Şanxay avtosalonunda yenilənmiş Superb bayraqdar sedanını təqdim etməyib. Çexlər yenilənmiş bayraqdar modeli başqa tədbir üçün saxlayıblar. 10 may tarixində Bratislavada Beynəlxalq Buz Hokkeyi Federasiyasının (IIHF) çətiri altında keçiriləcək Dünya hokkey çempionatı başlanmalıdır. 1993-cü ildən bu çempionata sponsorluq edən çex istehsalçısı bu hadisədən tam yararlanmaq niyyətidnədir.
Hələlik, Skoda şirkəti yenilənmiş modelin tizerini dərc etməklə kifayətlənib. Əslində yenilənmiş avtomobilin zahiri görkəmi bizim üçün sirr deyil – bu yaxınlarda Çinin sertifikasiya orqanları modelin fotoşəkillərini dərc etmişdi.
Skoda Superb yenilənmədən sonra başqa bamperlərə, eni artırılmış fənərlərlə qovuşan radiator barmaqlığına, arxa tərəfdəki xrom zolağöa və iri yazılara sahib olub. Avtomobil standart olaraq ön biksenon fənərləri ilə təklif ediləcəkdir. Top-versiyalarda biksenonu işıqdiodları əvəz edəcəkdir.
Yenilənmiş modelin mühərrik çeşidi barədə məlumat verilməyib. Bu sahədə yeniliyin olmasını gözləmək lazım deyil – yeni 1,5-litrlik turbomühərrik hələ keçən il Superp modelinin mühərrik çeşidinə daxil edilib. Digər aqreqatların isə bir qədər gücləndiriləcəyini ehtimal etməl olar. Modelin qoşulan hibrid (PHEV) variantının da debüt edəcəyi də istisna olunmur.