Yenilənmiş Tiguan modelinin debütündən təxminən bir il sonra Volkswagen şirkəti üçcərgəli Tiguan Allspace modelinin yenilənməsini həyata keçirib. Dəyişikliklərin miqyası eynidir: adi krossoverdə olduğu kimi, uzunbazalı Tiguan da “səkkizinci” Golf üslubunda görünüşə və yeni elektron sistemlərə sahib olub.

Eksteryer yenilikləri arasında yeni bamperlər, yan ətəklər, arxa işıqlar və Golf modelinin üslubunda nazik ön fənərlər ilə birləşən böyük radiator barmaqlığı var. IQ.Lights matrisa fənərləri opsiyadır. Əlavə olaraq, Allspace modeli 18-düymlük yeni yüngül lehimli təkər disklərinə sahib olub və iki yeni kuzov rəngini alıb: ağ Onyx White və qırmızı Kings Red.

Standart krossoverdə olduğu kimi, Tiguan Allspace modelinin interyeri də yenilənmə ilə birlikdə “rəqəmsallaşdırılıb”. Salonda klimat-kontrolun sensorlu idarəetmə bloku və səkkiz düymlük sensorlu ekranı olan yeni MIB3 multimedia sistemi peyda olub. Sükan çarxındakı düymələri də sensorlu olublar.

Yenilənmə ilə birlikdə krossoverin avadanlıq siyahısına Travel Assist adaptiv kruiz-kontrolu, “kor” zonalara nəzarət, təcili əyləcləmə və zolaqda saxlama funksiyaları olan IQ.Drive opsional elektron köməkçiləri dəsti daxil edilib. Elektronika qarşıda olan piyada və velosipedçiləri tanıyır, habelə geriyə hərəkət zamanı digər avtomobillərin yaxınlaşması barədə xəbərdarlıq edir.

Cəmi dörd təchizat səviyyəsi mövcuddur: Basic, Life, Elegance və R-Line. “Baza” krossoveri 17-düymlük təkər diskləri, dəri çoxfunksiyalı sükan çarxı, multimedia sisteminin səkkiz düymlük ekranı, səkkiz düymlük rəqəmsal cihazlar paneli və elektrik ötürməli arxa qapı ilə təchiz edilir.

Bahalı Elegance səviyyəsində 19-düymlük təkər diskləri və 30 rəngdə seçim imkanına malik olan daxili işıqlandırma əlavə edilir. R-Line variantında idman kuzov dəsti, xüsusi sükan çarxı və alüminium pedal üslükləri var. R-Line üçün “qara” üslub dəsti də sifariş edilə bilər.

Ödənişli opsiyaların siyahısı da genişləndirilib: indi yeddi nəfərlik Tiguan modelini açılan panoram lyuk, dəlikli dəridən oturacaq örtüyü, rəngli proyeksiya ekranı, ön oturacaqlar üçün masaj funksiyası və premium Harman Kardon səs sistemi ilə təchiz etmək olar.

ABŞ-da Tiguan Allspace, modeli yalnız 184 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrik ilə təklif ediləcəkdir. Ancaq avropalı alıcılara seçim imkanı veriləcəkdir: mühərrik çeşidinə 1,5-litrlik (148 at qüvvəssi) və 2,0-litrlik (187 və ya 242 at qüvvəsi) benzin turbomühərrikləri və 2,0-litrlik (148 və ya 197 at qüvvəsi) turbodizel daxildir. Transmissiya - yeddi pilləli “avtomatdır”. Gələcəkdə Avropadakı model çeşidinə hibrid versiya da daxil edilə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen may ayından başlayaraq Tiguan Allspace modelinə sifarişləri qəbul edəcəkdir və ilk avtomobillər Avropadakı alıcılara payızda göndəriləcəkdir. Restaylinq keçmiş krosssoverin qiymətinin 36.000 avrodan başlayacağı gözlənilir