Yenilənmiş Toyota Camry sedanı artıq ABŞ, Avropa və Yaponiyada debüt edib. Adı çəkilən bazarlarda satılan avtomobillər vahid proqrama əsasən modernləşdiriliblər: fərqlər kiçik elementlərdədir. Ancaq Çin bazarında satılacaq yenilənmiş Camry, digər ölkələrdə təklif edilməyən yeni opsiyaları alıb.
Çində satılan sedan da beynəlxalq versiya ilə eyni şəkildə yenilənib. Ön bamperdəki barmaqlıq böyüdülüb və kənarlarında xrom haşiyələr yerləşdirilib. Üstəlik, üst tərəfdəki "dimdik" onun üzərindən asılmır. Bununla yanaşı, dizaynerlər arxa fənərlərin naxışını dəyişdiriblər, halbuki digər ölkələrdə onlar eyni qalıblar. Çində daha aqressiv dizayna malik olan "idman" versiyası da mövcuddur.
Əsas "müstəsna" salondadır. Çində satılan sedan virtual cihazlar panelini alan ilk Camry modeli olub! 12,3-düymlük virtual cihazlar paneli bir neçə əks etdirmə rejiminə malikdir. Mediasistemin sensorlu ekranı ön panelin üstündən yerləşdirilib və 10,1 düym ölçüdədir. Xatırladaq ki, qlobal Camry sedanında doqquz düymlük ekran və iki dönən düymə ilə təklif edilir. Üstəlik mediasistem səslə idarəetməni və "hava" üzərindən yenilənməni dəstəkləyir.
Digər ölkələrdə olduğu kimi yenilənmiş sedan da təkmilləşdirilmiş Safety Sense kompleksini əldə edib: avtomatik əyləc sistemi artıq piyadaları və velosipedçiləri yalnız ön tərəfdə deyil, habelə dönərkən perpendikulyar istiqamətlərdə də aşkar edir. Bundan başqa, məsafədən mühərrikin işə salınmasını və sükan sütununu uzaqdan bloklamağa imkan verən G-Security sistemi də tətbiq edilib (hərəkət zamanı deyil, mühərrik söndürüldükdən sonra növbəti işə salma zamanı).
Çində Toyota Camry üç güc aqreqatı ilə təklif olunur. Baza mühərriki keçən il yenilənib - bu variatorla birlikdə çalışan 178 at qüvvəli 2,0-litrlik atmosfer mühərrikidir. Digər iki variant dəyişməyib: 209 at qüvvəli 2,5-litrlik mühərrik səkkiz pilləli “avtomat” ilə birlikdə çalışır, 178 at qüvvəli hibrid qurğu isə 2,5-litrlik benzin mühərriki, elektromotor və elektromexaniki variatordan ibarətdir.
Yenilənmiş Camry Çin bazarında bu ayın sonunda satılmağa başlayacaqdır. Toyota Camry sedanının istehsalı BM GAC-Toyota birgə müəssisəsi tərəfindən həyata keçirilir.