Yenilənmiş Toyota Fortuner ofrouderi Tailandda casusların obyektivinə tuş gəlib. Gözlənildiyi kimi, ofrouderin eksteryerində baş vermiş dəyişikliklər cüzidir: ön fənərlərin forması bir qədər nazikləşib və üst tərəfdəki radiator barmaqlığı isə bir qədər daralıbdır. Bu dəyişikliklər avtomobili aqressivləşdirməyə kifayət edir.
Salonda da ciddi dəyişikliklər gözlənilmir. Casuslar interyerin şəklinin çəkməyə müvəffəq olmasalar da, ofrouderin yeni multimedia sistemini əldə etdiyini bildiriblər. Əlbəttə ki, salon tərtibatında yeni materiallar və rənglər tətbiq edilə bilər. Üstəlik, ofrouderin avadanlıq siyahısı da zənginləşəcəkdir.
Toyota Fortuner modelinin təchiz edildiyi 2.8 litrlik 1GD-FTV dizel mühərriki də yenilənmədən nəsibini ala bilər. Hazırda turbodizel 177 at qüvvəsi təklif edir.
Yenilənmiş Toyota Fortuner modeli ilkin olaraq Tailandda satışa çıxarılacaqdır. İlin sonuna qədər yenilənmiş ofrouder Hindistanda debüt etməlidir.