Altı ay əvvəl “qaynar” Toyota GR Yaris hetçbeki modernləşməyə məruz qalıb və əsas yeniliklərdən biri avtomatik transmissiyanın quraşdırılması olub. İndi isə, eyni yolla bütün texniki xüsusiyyətlərini GR Yaris ilə bölüşən daha böyük Toyota GR Corolla hot-hetçi yenilənib. Xatırladaq ki, Yaris modelindən fərqli olaraq, Corolla hetçbeki ABŞ-da da satılır.

Həvəskarlar rahat yata bilərlər: altı pilləli mexaniki transmissiya çeşiddə qalır. Amma indi onlara mexaniki transmissiya ilə səkkiz pilləli Aisin “avtomatı” arasından seçim edə bilərlər. Belə qutu sükanaltı dəstəklərə malikdir, əlavə ödəniş müqabilində isə, ayrıca soyutma radiatoru ilə təchiz edilə bilər. İki pedallı hetçbeklərdə Eco, Normal, Sport və Custom idarəetmə rejimləri var, əlavə olaraq isə, launch control nəzərdə tutulub.

Avtomatik transmissiyanın peyda olması ilə baş vermiş bir sıra dəyişikliklərdən mexaniki qutusu olan avtomobillər də nəsibini alıblar. Qarışıq yanacaq püskürdülməsi olan üçsilindrli 1,6-litrlik G16E-GTS turbomühərrikinin gücü (304 at qüvvəsi) dəyişməyib, lakin maksimal fırlanma anı 370-dən 400 Nm-ə qədər artırılıb. Arxa oxda muftası olan GR-Four tam ötürmə sistemi dəyişməyib, lakin əvvəllər opsional Performance paketinin bir hissəsi olan özükilidlənən təkərlərarası Torsen differensialları standart avadanlıqdır.

Şassi nöqtələrdə modifikasiya olunub. Ön və arxa hissələrə geri oturtma bamperləri əlavə edilib, arxa oxdakı amortizatorlar yenidən sazlanıb və başqa stabilizator quraşdırılıb, üstəlik, qolların bərkitmə nöqtələri optimallaşdırılıb. Bütün bunlar döngəyə girərkən hetçbekə dəqiqlik əlavə etməlidir. Bir vizual dəyişiklik də var: yeni ön bamper daha səmərəli soyutmanı təmin etmək üçün daha böyük hava girişlərinə malik olub. İnteryer tərtibatında daha tünd materiallar və dekordan istifadə olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Toyota GR Corolla modeli Amerika bazarına yalnız qışda satışa çıxarılcaq. Hazırda yenilənmədən əvvəlki mexaniki transmissiyalı avtomobillərin qiyməti 36 500 dollardan başlayır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.