Toyota şirkəti yenilənmiş HiLux pikapını Tailandda təqdim edib. Tailandda istehsal olunan modellərin əsas satış bazarları Cənubi-Şərqi Asiya ölkələri və Avstraliyadır.2004-cü ildən bəri Toyota şirkəti Tailandda istehsal edilmiş 2,5 milyondan çox HiLux pikaplarını və Fortuner ofrouderlərini satıb.
Pikap haqqında yayılmış şayiələr əsassız deyilmiş: pikapın eksteryer dizaynını yapon markasının müəsir korporativ dizayn üslubuna uyğunlaşdırıblar. İndi HiLux bir qədər Toyota RAV4 krossoverinə bənzəyir. Bundan başqa, Tailand bazarında daha effektiv görünüşə (başqa bamper və radiator barmaqlığına) malik olan HiLux Revo Rocco modifikasiyası da təklif ediləcəkdir.
Toyota HiLux Revo Rocco
Pikapın interyerində baş vermiş əsas dəyişiklik multimedia sisteminin yenilənməsi olub: 8,0-dümlük monitorla təchiz edilən sistem daha qabaqcıl olub, - xüsusi ilə də smartfonlarla naqilsiz birləşmə sahəsində. Multimedia ssisteminin özü ilə yanaşı, displeyi də yenidən işlənilib.
Ən ciddi dəyişiklik isə modelin mühərrik çeşidində baş verib. Mühəndislər aqreqat çeşidini demək olar ki tamamilə yeniləyiblər: əvvəllər 177 at qüvvəsi təklif edən 2,8-litrlik dizel, indi 204 at qüvvəsi və 1600 dövr/dəq əlçatan olan 500 Nm fırlanma anı hasil edir. Belə mühərriklə təchiz edilmiş pikap 100 km/saat həddinə 10 saniyəyə sürətlənir. Rəsmi məlumata görə, bu əvvəlkindən 2,8 saniyə yeyindir.
Toyota HiLux Invincible
Bundan əlavə, Toyota şirkətindən mühərrikin sərbəst dövrlərini 850 dövr /dəq.-dən 680 dövr/dəq.-yə endirdiklərini bildiriblər. Mühəndislərin fikrincə, bu, yolsuzluqda rəvan hərəkəti asanlaşdıracaqdır. Hər iki dizel mühərriki (150 at qüvvəli 2,4-litrlik aqreqat da daxil olmaqla) bir qədər qənaətcil olublar: məsələn, 2,8-litrlik dizel 100 kilometrə orta hesabla 7.8 litr yanacaq sərf edir. Transmissiya dəyişməyib – pikap 6-pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə təchiz edilə bilər.
Amortizatorların və ressor asqısının tənizmləmələrinə yenidən baxılıb: bunun sayəsində pikapın hərəkət rahatlığının əhəmiyyətli dərəcədə yaxşılaşdığı iddia edilir. Elektrik sükan gücləndiricisi də yenidən tənzimlənib,bundan başqa, sürücü multimedia sisteminin ekranında təkərlərin vəziyyətinə baxmaq imkanını əldə edib. Bundan əlavə, pikap ilk dəfə olaraq Toyota Safety Sense aktiv təhlükəsizlik sistemləri kompleksinə sahib olub.
Yenilənmiş pikapın Taylanddakı satışlarına bu ay başlanacaqdır. Pikap Şərqi Avropa ölkələrinə yayda çatdırılacaqdır, Qərbdə isə payızda debüt edəcəkdir. Qərbi Avropadakı müştərilərə, pikapın fərqli eksteryer və interyer tərtibatına malik olan HiLux Invincible top modifikasiyasını təklif edəcəkdirlər. Yenilənmiş Hilux-un Azərbaycan bazaındakı satışlarına payızda başlanmalıdır.