Yaponiyadan olan Sanko Auto nəşri yaxın zamanlarda yenilənmiş Toyota Land Cruiser Prado modelinin buraxılacağı barədə məlumat vermişdir. Təkmilləşdirilmiş ofroderin Yaponiyadakı satışlarına iyul ayında başlanacaqdır.
Bu faktın doğruluğunu yerli dilerlərin cari modelə güzəştlərin elan etməsi də təsdiqləyir. Cari nəsil Prado modeli 2009-cu ildə işıq üzü görmaşdür. Dörd ildən sonra ofroder yenilənməyə məruz qalmışdır. Yapon jurnalistlərinin əldə etdiyi məlumata əsasən, ikinci sayılan bu ilki yenilənmə avtomobilin zahiri görkəminə və təhlükəsizlik sistemlərinə aid olacaqdır. Prado modelinin standart təchizatına Toyota Safety Sense P kompleksi daxil edləcəkdir. Hal-hazırda bu kompleks yapon istehsalçısının bir neçə modelində quraşdırılır.
Kompleksin tərkibinə avtomatik əylənmə, piyadaların aşkar edilməsi, zolaqda saxlama, avtomatik uzaq işıqları və adaptiv kruiz-kontrol daxildir. Çox güman ki, digər yeniliklər də olacaqdır. Təəssüf olsun ki, avtomobilin zahiri görkəmində ediləcək dəyişikliklər barədə məlumat yoxdur. Böyük ehtimalla bu dəyişikliklər cüzi xarakter daşıyacaqdır. Yenilənmiş avtomobilin işıqdiodlarından hazırlanmış işıq texnikasına sahib olacağı da istisna edilmir.