“Cochespias” portalı yenilənmiş Golf hetçbekinin GTI və GTE versiyalarının şəkillərini paylaşıb, naməlum fotoqraf hetçbeklərin eksteryer və interyerini çəkməyə müvəffəq olub. “Səkkizinci” Volkswagen Golf modeli itirdiyi ən tanınan elementlərindən biri pətək formalı gündüz hərəkət işıqlarıdır. Modeldə baş vermiş digər dəyişikliklər restayling üçün xarakterikdir: başqa bamperlər, optika və təkər diskləri, yeni rəng palitrası və dekorativ elementlər.
Volkswagen Golf modelinin kuzov panelləri dəyiməyiblər. Yenilənmiş hetçbekin əsas xüsusiyyəti – zolaqlar şəklindəki gündüz hərəkət işıqlarını almış arxa fənərlərdir. Ön fənərlər radiator barmaqlığı ilə daha sıx “birləşiblər”, bamperdə isə hava girişini haşiyələyən “mötərizələr” peyda olub. Hetçbekin baza versiyası hələ də nümayiş olunmayıb.
Volkswagen artıq yenilənmiş Golf modelinin interyerini nümayiş etdirib, sızma sayəsində isə rəqəmsal cihazlar panelinin qrafikasına qiymət vermək olur. Daxildən hetçbek ID xəttinin elektromobillərinə bənzəyir. Mühərrik çeşidi haqqında heç bir təfərrüat yoxdur, böyük ehtimalla, Golf modeli hazırki turbomühərrikləri qoruyub saxlayacaq. Lakin onlar ekologiya naminə yenidən işlənlənəcəklər.
Yenilənmiş Volkswagen Golf modelinin təqdimatı yaxın günlərdə baş tutmalıdır və bu təqdimat daxili yanma mühərrikli model üçün sonuncu olacaq. Növbəti nəsil Golf modeli elektrik ötürməsinə keçəcək və beləliklə, yarım əsrdən çox tarixə malik olan əfsanəvi modelin həyat dövrü tezliklə başa çatacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.