Avropada satılan adi Volkswagen Polo hetçbekindən sonra, onun “qaynar” GTI versiyası da restaylinqdən keçəcəkdir. Hələlik isə, alman istehsalçısı yenilənmiş avtomobilin yalnız bir eskizi yayımlanıb. Bununla belə, dərc edilmiş eskiz avtomobilin dizaynında baş vermiş əsas dəyişiklikləri göstərir.
Əgər indiyə qədər Polo GTI modeli vizual olaraq orijinal modeldən yalnız incə nüanslarla fərqlənirdisə, indi tamamilə fərqli bir ön bamperə sahib olacaqdır. “Qaynar” Golf GTI modelində olduğu kimi, bamper duman əleyhinə işıq hüceyrələrini almışdır, lakin hər tərəfdə beş deyil, yalnız iki hüceyrə var.
Polo GTI hetçbekinin təqdimatının iyun ayının sonunda keçirilməsi planlaşdırılır. Bununla belə, avtomobilin texniki hissəsində dəyişiklik olmayacaqdır. Avropa Birliyinin Euro-6d-TEMP normalarının əvəzinə müvəqqəti Euro-6d standartlarına keçməsi ilə əlaqədar olaraq, Polo GTI modelinin istehsalı 2020-ci ilin iyununda dayandırılmış və bu ilin mart ayında bərpa edilmişdi.
Hetçbekin təchiz edilidiyi 2,0-litrlik turbomühərriki yenilənib və artıq 207 at qüvvəsi (+ 7 at qüvvəsi) və 320 nm fırlanma anı hasil edir. Artıq mexaniki ötürmələr qutusu yoxdur və altı pilləli DSG “robot”unun əvəzinə yeddi pilləli variantdan istifadə olunur. Nəticədə hetçbek daha dinamik olub: 100 km/saat həddinə sürətlənmə əvvəlki 6,7 saniyənin əvəzinə 6,5 saniyə çəkir və onun maksimal sürət həddi 238-dən 240 km/saata qədər artırılıb.
Hazırda Volkswagen Polo GTI modeli Almaniyada 26.400 avrodan başlayan qiymətlərlə satılır. Yenilənmiş versiyanın qiymətinin ciddi şəkildə artacağı gözlənilmir.