Bir müddət bundan öncə Volkswagen şirkəti yenilənmiş Amarok pikapını təqdim etmişdir. Yenilənmiş Volkswagen Amarok modelinin eksteryeri və interyeri çox da ciddi olmayan dəyişikliklərə məruz qalmışdır. Avtomobilin dərc edilmiş fotoşəkillərindən göründüyü kimi, Amorok modelinin simasında edilmiş kosmetik düzəlişlər onun görünüşünü «təravətləndirmək» məqsədini daşıyır. Avtomobil yeni dizaynı olan radiator barmaqlığını, işıq diodlarından hazırlanmış gündüz hərəkət işıqları olan biksenon ön fənərləri, 20-düymlük təkər diskləri və kuzovun rənginə boyanmış arxa tir ilə təchiz edilmişdir.

Lakin o zaman, alman istehsalçısının yenilənmiş pikap haqqında dərc etdiyi açıqlamada onun interyerində edilmiş dəyişikliklər barədə məlumat verilməmişdi. Artıq bu çatışmamazlıq aradan qaldırılmışdır. Amarok modelinin «zəhmətkeş at» olması onun sadə və işçi salona malik olacağına dəlalət etmir.

İlk növbədə, avtomobil Golf modelinin dizayn üslubunda həll edilmiş ön panelə sahib olmuşdur. Bundan əlavə, pikapın salonunda 14 istiqamətdə tənzimlənən, isidilmə və soyudulma funksiyası olan və Nappa dəri ilə üzlənmiş, elektriklə tənzimlənən ergoComfort oturacaqlarını görürük. 

Bildiyimiz kimi, yenilənmiş pikap tam yeni cihazlar panelinin əldə etmişdir. Yeni cihazlar paneli əvvəlkinə nisbətən daha çox üfüqi xəttləri ilə seçilir. Bundan başqa, avtomobilin bir çox sistemlərini idarə etməyə imkan verən multifunksional sükan çarxını da qeyd etmək olar.

Aventura modifikasiyasını sifariş edən müştərilər bu göstərdiklərimizə əlavə olaraq, bortkompyüterin cihazlar panelindəki rəngli monitorunu və səkkiz diapazonlu avtomatik sürətlər qutusunu idarə etmək üçün sükanaltı dəstəkləri də əldə etmiş olacaqlar.

Yenilənmiş Amarok modelinin təchizatına həmçinin, haşiyəsiz salon güzgüsü,  naviqasiya sistemi, Bluetooth, səslə idarəetmə funksiyası və rəqəmsal radiosu olan multimedia sistemi, arxa görüntü kamerası olan Park Pilot sistemi, həmçinin alüminiumla üzlənmiş pedallar (Aventura modifikasiyası) daxildir. Bundan başqa, yenilənmiş pikapın təchizatına Servotronic sükan sistemi, öndə 16, arxada 17 düymlük diskləri olan əyləc sustemi də daxildir.

Volkswagen Amorok  yeni altı silindirli dizel mühərrikləri ilə təchiz edilir.  3,0-litr iş həcmi olan V6 şəkilli dizel güc aqreqatı üç modifikasiyada təklif ediləcəkdir - bunlar 163, 204 və 224 at qüvvəsi gücü olan mühərriklərdir. 

Güc aqreqatları alti pilləli mexaniki və ya səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışacaqdırlar. Bildiyimiz kimi, pikap əvvəllər 180 at qüvvəsi olan 2,0-litrlik dörd silindirli biturbo dizel ilə təchiz edilirdi.  Yenilənmiş pikap həçminin üç növ ötürmə ilə təklif ediləcəkdir. Standart olaraq avtomobil arxadan çəkişli olacaqdır. Opsional olaraq isə, 4Motion tam çəkiş sistemi təklif edilir.

Mexaniki sürətlər qutusu ilə təchiz edilmiş avtomobil qoşula bilən çəkiş sistemi,  avtomatik sürətlər qutusu olan modifikasiyalar isə Torsen differensialı olan tam ötürməli çəkiş sistemi ilə sifariş etmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt