Volkswagen şirkətinin bayraqdar liftbeki olan Arteon modeli üç il əvvəl debüt edib, lakin bu günə qədər sələfi olan Passat CC modelinin uğurunu təkrarlaya bilməyib. Vaxtı ilə Passat CC sedanı ildə 60-70 min ədəd satılırdısa, Arteon modelinin rekordu cəmi 40 min avtomobil olub. Modelin ləng satışını canlandırmaq üçün, alman istehsalçısı Arteon modelinin universal kuzovlu versiyanı hazırlayıb. Yeni universal, yenilənmiş lift bek lə birlikdə debüt etməlidir: beşqaplı modelin baza variantı artıq Avropa yollarında sınaqdan keçirilir.
Casus şəkillərində göründüyü kimi, avtomobilin eksteryer dizaynda elə də ciddi dəyişikliklər olmayacaq: radiator barmaqlığı, plastik kuzov dəsti və arxa fənərlər yüngül dəyişikliyə məruz qalacaqdırlar. Şəkildəki avtomobili arxa fənərləri xüsusi örtüklə bağlandığına görə, onların naxışını görmək mümkün deyil. Baqaj qapağındakı modelin adı olan yazı daha böyük olacaqdır. Görünən odur ki, eksteryerdəki dəyişikliklər bununla bitir.
Kiçik diametrli yüngül lehimli disklər, kiçik hava girişləri olan bamper casuslara rast gələn Arteon modelinin baza təchizatında olduğuna işarə edir. Çox güman ki, R-Line versiyası daha yaxşı görünəcəkdir. Bundan başqa, Arteon ailəsində qoşulan hibrid də peyda olmalıdır.