Yenilənmiş BMW X7 modelinin kamuflyajlı sınaq prototipləri artıq ümumi istifadə yollarında dəfələrlə qeydə alıblar. Bu gün isə, yenilənmiş krossoverin kamuflyajsız şəkli peyda olub.

Göründüyü kimi, yenilənmiş X7 modeli XM konseptinin üslubunda ikimərtəbəli işıq texnikasına sahib olub. Gələcəkdə yuxarıda gündüz hərəkətlər işıqları, aşağıda isə, yaxın və uzaq işıqların blokları olan yeni fənər konfiqurasiyası bütün böyük BMW modellərində tətbiq ediləcək. Yenilənmiş BMW X7 modelinin buraxılışına bu ilin sonuna qədər başlanmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.