İsveçli dağ xizəkçisi Yon Olsson avtomobil həvəskarları arasında tanınan şəxslərdən biridir. Yon özünün ekstremal avtomobilləri sayəsində məşhurlaşıb.
Olssonun 1000 at qüvvəli Audi RS6 avtomobili Audi markasının həvəskarlarının yaddaşındadır.
DTM avtomobillərinə həsr edilən “bərkgedən” universal cinayətkarlar tərəfindən oğurlanıb yandırılmışdır. Bundan sonra Yon bir neçə ekstremal avtomobil sifariş edib. Bundarın arasında Lamborghini Huracan sportkarı və Mercedes-Benz G500 4×4² ofroderi də olub.
Lakin, Olsson yenidən ekstremal Audi RS6 universalını yaratmaq fikrinə düşüb və bu işdə mahir olan ABT Sportsline tüninq atelyesinə müraciət edib.
Project Phoenix adlandırılan layihə dolayısı ilə yandırılan avtomobilin əfsanəvi Simurq quşu kimi küldən yenidən doğduğuna işarədir. Qeyd etmək lazımdır ki, ekstremal universal iki rəngə - ağ və qara rəngə boyanıb. Bu iki rəngi avtomobilin düz ortasından keçən qırmızı zolaq biri-birindən ayrılır.
Yeni layihənin maraqlı elementlərindən biri də xüsusi olaraq hazırlanmış təkər diskləridir. Adətən ABT atelyesi RS6 modelinin 4,0-litrlik turbomühərrikinin gücünü 705 at qüvvəsinə, fırlanma anını isə 880 Nm-ə qaldırmağı təklif edir. Lakin, Olssonun avtomobilinin güc xarakteristikaları açıqlanmayıb.