Məşhur dağ xizəyi ustası Yon Olsson keçən ilin oktyabr ayında təqdim etdiyi xüsusi Lamborghini Huracan avtomobilini satışa çıxarmışdır. Deyilənlərə görə, idmançını bu addım atmağa dörd yerli avtomobilə olan tələbatı vadar edib.

Olssonun sifarişi ilə hazırlanmış Lamborghini Huracan superkarına nə az, nə çox 250 min avro qiymət qoymuşdur. Xatırladaq ki, 2016-cı ilin superkarı üçün adətən, təchizat və opsiyalarından asılı olaraq 200 - 280 min ABŞ dolları tələb olunur. Beləliklə, avtomobilin yeni sahibi onu bazar qiymətinə əldə edəcəkdir və üstəlik də çoxsaylı təkmilləşdirmələr ona puluz başa gələcəkdir. Qeyd etmək lazımdır ki, avtomobilin kuzovu xüsusi kamuflyaj ilə üzlənmiş və rabondan hazırlanmış əlavə baqaj hissəsinə sahib olmuşdur. Texniki dəyişikliklər isə, Akrapoviç firmasının buraxılış sistemi və VF Engineering firmasının kompressorundan ibarətdir. Bu kompressor sayəsində 5,2-litrlik V10 mühərrikinin gücü 800 at qüvvəsinə, fırlanma anı isə 826 Nm qədər yüksəldilmişdir. Lakin, mühərrik üzərində işlərin davam etdiyi və onun xarakteristikalarının daha da artırıldığı söylənilir.