Yeniyetmələrin təlimi ilə məşğul olan Britaniyanın «Young Driver» avtomobil məktəbi beş və on yaş arasındakı uşaqlar üçün kiçik avtomobil buraxmaq niyyətindədir. 16 km/saat hədinə kimi sürətlənə bilən avtomobil iki elektromotor, arxa disk əyləcləri və asılı olmayan asqı ilə təchiz ediləcəkdir. Bundan başqa, uşaq elektrokarı, müasir avtomobillərdə quraşdırılan maneələrin aşkarlanması və avtomatik əylənmə sistemlərinə bənzəyən sistemlər ilə komplektləşdiriləcəkdir.
Mini-avtomobildə həmçinin, uzaqdan idarəetmə sistemi də quraşdırılacaqdır ki, onun köməyi ilə uşaqların valideynləri, təhlükə olarsa, avtomobili dayandıra bilərlər. Hələlik elektrokar ancaq dizayner eskizi şəklində mövcuddur.
«Young Driver» avtomobilin seriya öncəsi variantını 31 martdan 3 aprelə kimi keçiriləcək Birmingemdə keçiriləcək Gadget Show Live sərgisində nümayiş etdirəcək. 5 - 10 yaş arasında olan uşaqlar avtomobili sınaqdan keçirmək imkanına malik olacaqdırlar. Sonradan istehsalçı onların rəyləridən seriya modelinin işlənib-hazırlanması prosesində istifadə ediləcəkdir.
Yeniyetmələrə isə, təlim üçün nəzərdə tutulmuş xüsusi Skoda Citigo avtomobilini sürmək imkanı əldə edəcəklər.