BMW şirkəti Kərim Həbibini əvəz edəcək yeni şef-dizayneri təqdim etmişdir. Alman şirkətinin adi modellərinin dizaynı ilə məşğul olacaq şəxs Şkoda şirkətinin şef-dizayneri olan Yozef Kabandır.

Alman istehsalçısının “M” və “i” seriyasından olan modellərin xarici görkəminin yaradılmasına Domaqoy Dukeç cavabdeh olacaqdır. O, BMW şirkətində 2010-cu ildən calışır və bu günə qədər BMW i bölməsi də daxil olmaqla bir sıra modellərin eksteryerinin dizaynını hazırlamışdır. Kaban və Dukeç BMW şirkətinə məxsus olan bütün markaların ümumi şef-dizayneri olan Ədriaən van Hoydonka tabe olacaqdırlar. Kərim Həbibi 2012-ci ildən bü günə qədər BMW markasının şef-dizayneri olaraq çalışmışdır.  Onun yenidən avtomobil istehsalçılarının birinə çalışacağı ehtimal edilsə də, bu şirkətin hansı markaya aid olacağı məlum deyildir.

BMW şirkətinə keçməmişdən öncə Yozef Kaban Volkswagen qrupunun tərkibinə daxil olan bir neçə markanın avtomobillərinin dizaynı üzərində çalışmışdır. Buna misal olaraq Şkoda Octavia, Kodiaq, Superb, Volkswagen Lupo və Bugatti Veyron modellərini göstərmək olar.

Domaqoy Dukeç