2017-ci ildən BMW modellərinin dizaynına cavabdeh olan çex mütəxəssis Yozef Kaban Rolls-Royce markasının şef-dizayneri təyin edilib. Onun yerinə isə, M və i modellərinin dizaynı ilə məşğul olan Domaqoy Dukeç gətirilib. Hər iki mütəxəssis öz yeni vəzifələrinin icrasına 1 aprel tarixindən başlayacaqdırlar.
Yozef Kaban öz karyerasına 20 yaşında başlayıb və Volkswagen konserninin tarixində bu sahədə işə başlayan ən gənc dizayner olub. Onun çalışdığı ən iri layihələrdən biri Bugatti Veyron modelinin xarici görünüşü olub. Bundan başqa, Kaban Skoda Octavia, Kodiaq və Superb, həmçinin Volkswagen Lupo modellərinin dizaynı üzərində işləyib. O, Audi və Skoda markalarının dizayn bölmələrinə başçılıq edib, 2017-ci ildə isə, BMW şirkətinə keçib.
Domaqoy Dukeç
Rolls-Royce markasının keçmiş şef-dizayneri Cayls Teylor isə, Çinin FAW Hongqi şirkətinə keçib. O, Çinin siyasi elitası üçün avtomobil istehsal edən «Qırmızı bayraq» markasının modellərinin dizaynı üzərində çalışacaqdır.