Mulliner atelyesi Bentley markanın 100 illik yubileyinə həsr etdiyi açar futlyarları kolleksiyasını təqdim edib. Bu futlyarların hər biri W.O. Edition by Mulliner yubiley versiyasından olan Mulsanne sedanlarının alıcılarına veriləcək.

Tünd findiq ağacından düzəldilmiş və royal lakı ilə örtülmüş şponla örtülmüş qutunun içində sifarişlə hazırlanmış Bentley 8 Litre miqyaslı modeli, Flying B firma emblemi formasında olan press-papye, üç brelok, 1930-cu ilin 8 Litre modelinin naməlum təsvirləri olan broşür, həmçinin şirkətin sədri və baş icraçı direktoru Adrian Hollmark, həmçinin dizayn üzrə direktor və Mülliner atelyesinin başçısı Stefan Silaff tərəfindən imzalanmış sertifikat vardır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yubiley seriyasından olan Bentley Mulsanne W.O. Edition by Mulliner sedanı 100 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Seriyanın adında şirkəıtin banisi Uolter Ouen Bentlinin adının baş hərifləri kodlaşdırılıb.