AvtoVAZ şirkəti Lada 4x4 modelinin 40 illik yubileyinə həsr edilmiş xüsusi ofroderi seriyay buraxmışdır. Bu avtomobil ofroderin ən bahalı modifikasiyası olacaq və 1977 nüsxədən ibarət məhdud sayda tirajla istehsal ediləcəkdir.
“40th Anniversary” seriyasından olan ofroderlər açıq-qəhvəyi, qırmızı, ağ , terrakot və boz-göy rənginə boyanacaqdırlar. Bundan başqa, ilk dəfə olaraq avtomobillər zavod şəraitində kamuflyaja boyanacaqlar.
Bu rəng sxemi üç – açıq-yaşıl, tünd-yaşıl və qara rəngin qarışığından ibarət olacaqdır. Bamperlərin metal hissələri isə qara rəngə boyanacaqdırlar. Kamuflyaja bürünmüş Lada 4x4 modelləri qara rəngli, digər avtomobillər isə qara-gümüşü rəngli disklərə malik olacaqdırlar. “Yubiley” seriyasından olan ofroderlərin salonunda yeni cihazlar paneli, ekodəri (boz və qara, açıq və tünd qəhvəyi dərilərin kombinasiyası mümkündür) ilə üzlənmiş sükan və oturacaqlar, hər bir avtomobilin sıra nömrəsi həkk edilmiş lövhəciklər və kandarlara vurulan paslanmayan poladdan lövhələr quraşdırılacaqdır.
“Yubiley” seriyasından olan Lada 4x4 modelləri diler salonlarında iyun ayında peyda olacaqdırlar. Üç qapılı variantın Rusiyadakı satış qiyməti 558900 rubl (16655 manat), beş qapılı variantın isə 603900 rubl (18000 manat) olacaqdır.