Chevrolet Corvette superkarı özünün 70 illik yubileyini qeyd edir: ilk rodsterin təqdimatı 1953-cü il yanvarın 17-də, General Motors konserninin həmin zamanlar ABŞ-ın müxtəlif şəhərlərində keçirdiyi Motorama sərgisində baş tutub. Bu yubileyin şərəfinə amerikalılar daha bir inqilab hazırlayıblar – bu, son dörd ildə baş vermiş ikinci inqilabdır. 2019-cu ildə Corvette tarixdə ilk dəfə ortamühərrikli (baxmayaraq ki, əvvəllər cəhdlər edilib) olub, indi isə Chevrolet Corvette E-Ray ilk dəfə tam ötürmə sistemini alıb!

Mühəndislər adi 4x4 transmissiyasının əvəzində oxların ayrıca ötürməsi (eAWD) olan hibrid güc qurğusundan istifadə ediblər: arxa təkərləri benzin mühərriki hərəkətə gətirir, ön oxada isə yeganə elektrik mühərriki quraşdırılıb. Bənzər "əmək bölgüsü" uzun müddətdir ki, mülki hibridlərdə istifadə olunur. Xatırladaq ki, adi sxemdə elektrik mühərriki əksər hallarda arxa oxda quraşdırılır.

Corvette E-Ray modeli Z51 paketi ilə təchiz edilmiş baza Corvette Stingray modelində quraşdırılan 6,2-litrlik səkkizsilindrli LT2 mühərriki ilə təchiz edilir. Mühərrik oturacaqların arxasına quraşdırılıb və 502 at qüvvəsi və 637 Nm fırlanma anı hasil edir. 

Yüksək dartma qüvvəsinə ehtiyac olmadıqda, yanacağa qənaət etmək üçün silindrlərin yarısını söndürülə bilər. İki muftalı səkkiz pilləli “robot” isə dartma qüvvəsini arxa təkərlərə ötürür.

Hibridin ön oxunda 163 at qüvvəsi və 165 Nm hasil edən elektrik mühərriki quraşdırılıb. Onun ayrıca ötürmələr qutusu yoxdur, yalnız bir pilləli reduktoru var. Ön modul çox yığcamdır, buna görə də ön baqajın həcminə demək olar ki, təsir etməyib: standart modeldə olan 357 litrə qarşı 355 litr. 70 litrlik standart yanacaq çəni arxada saxlanılıb.

Hibrid güc qurğusunun maksimum hasilatı 665 at qüvvəsinə bərabərdir. Ön elektrik mühərriki nəinki Corvette modelini hər cür hava şəraiti üçün əlverişli edir, həm də yerindən tərpənən zaman gücü təkərlərə daha yeyin ötürməklə benzin mühərrikinə aktiv şəkildə kömək edir.

60 mil/saata (97 km/saat) sürətlənmə vaxtı 2,9 saniyədən təqribən 2,5 saniyəyə endirilib. Dörddə bir mili hibrid 10,5 saniyəyə qət edir və sonunda 209 km/saat sürət yığır. E-Ray baza Corvette modelindən nəzərəçarpacaq dərəcədə ağırdır: 1530-a qarşı 1712 kiloqram.

Litium-ion dartma batareyası elektrik mühərrikinin qidalanmasına cavabdehdir: o, oturacaqlar arasındakı mərkəzi tuneldə yerləşir, ona görə də onun tutumu cəmi 1,9 kilovat/saat təşkil edir. Onu elektrik şəbəkəsindən doldurmaq mümkün deyil. Batareyanı yalnız rekuperasiya yolu ilə doldurmaq mümkündür.

Elektronikanın batareyanı məcburi doldurduğu Charge + hərəkət rejimi də var. Məsələn, daha sonra Stealth (72 km/saata sürətlənməyə imkan verir) elektrik rejimində səssizcə evə yaxınlaşmaq olar. Standart avadanlığa Brembo karbon-keramika əyləcləri və Magnetic Ride Control 4.0 adaptiv asqısı daxildir. Standart 12 voltluq batareya da litium-iondur.

Baza Corvette Stingray modeli kimi, hibrid Corvette E-Ray iki kuzov növü ilə təklif olunur: çıxarıla bilən dam panelləri olan tarqa və ya rodster. Genişləndirilmiş kuzov (1933-ə qarşı 2025 millimetr) Corvette Z06 flaqman versiyası ilə eynidir.

Hibrid vizual olaraq benzin qohumlarından fərqli formalı hava girişləri (həm ön, həm də yan), digər bamperləri və arxa tərəfdəki barmaqlıqları ilə fərqlənir. Orijinal təkər diskləri də peyda olub, palitraya yeni kuzov rəngləri əlavə edilib. Salonda bir neçə əlavə düymə və təkmilləşdirilmiş ekran qrafikası var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Chevrolet Corvette E-Ray ABŞ bazarında ilin ikinci yarısında satışa çıxarılacaqdır. Lakin qiymətlər artıq açıqlanıb: hibridin qiyməti ən azı 102 900 dollardır. Xatırladaq ki, 670 at qüvvəli Corvette Z06 modelini qiyməti 105 300 dollardan başlayır. Corvette Stingray baza versiyası üçün isə, 64,500 dollar istəyirlər.

 ©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.