İtalyan dizayn evi Zagato ilə Britaniyalı istehsalçı Aston Martin şirkətinin sonuncu əməkdaşlığının nəticəsi heyrətamiz Vanquish Zagato konsepti olmuşdur. İtaliyada dizayn edilən avtomobilin mühəndislik işləri Aston Matrin şirkətinin Britaniyadakı mənzil-qərargahında yerinə yetirilmişdir. Yeni konseptin kütləvi nümayişi gələn ay İtaliiyadakı Komo gölünün sahilində XVI əsrdə inşa edilmiş d’Este villasında keçiriləcək Concorso d’Eleganza Villa d’Este müsabiqəsində baş tutmalıdır.

Yeni Zagato supertkarının kompozit materiallardan hazırlanmış kuzovu Aston Martin Vanquish modelinə daha cürətli və oxabənzər görkəm bəxş etmişdir. Konsept Zagato avtomobillərinə xas olar iki çıxıntısı olan qeyri-adi formalı «double-bubble» adlandırılan tavanla, üzən tavan təsirini bağışlayan qara rəngli ön dayaqlarla təchiz edimişdir. Avtomobilin maili alın şüşəsi olduğu halda, onun arxa şüşəsi kəsin şəkildə sportkarın spoyler quraşdırılmış eleqant qövsvari xəttə malik olan arxa hissəsinə doğru enir.

Aston Martin Vanquish Zagato konseptinin arxa işıqdiodlarından olan fənərləri Vulcan modelini xatırladır. Konseptin buraxılış sisteminin boruları, xarici güzgülərin korpusları, karbondan olan diffuzor və əyləc mexanizmlərinin «yüksək naziklikdəki» supportları One-77 kupesindən alınmışdırlar. Vanquish Zagato konseptin təkər tağları və yan elemetləri 2013-cü ildə Aston Martin şirkətinin 100 illik yubileyinin şərəfinə hazırlanmış eksperimental CC100 spidsterini xatırladır.  

Vanquish Zagato Concept superkarı gücü 576-dan 600 at qüvvəsinə artırılmış 5,9-litrlik V12 atmosfer tipli mühərriklə hərəkətə gəlir. Bundan başqa, mütəxəssislər avtomobilin sükan sisteminin daha iti olması üçün asqı sistemini yenidən işləmişdirlər. Konseptin dinamik xarakteristikaları açıqlanmamışdır.

Standart Aston Martin Vanquish modeli 100 km/saat həddini 4,1 saniyəyə toplayır və 295 km/saat maksimal sürətə malikdir.

Aston Martin və Zagato atelyesi 50 ildən artıq bir müddətdir ki əməkdaşlıq edilər. Tərəflər 1960-cı ildə DB4 GT Zagato, 1986-cı ildə isə V8 Zagato kupe və kabrioletinin hazırlamışdırlar. 2002-ci ildə DB7 Zagato sportkarı, 2011-ci ildə isə V12 Zagto superkarı işıq üzü görmüşdür.

2015-ci ilin sonunda Nyu Norkdakı RM Sothbey’s hərrac evində 14 ədəd burxılmış Aston Martin DB4 GT Zagato avtomobillərindən bir nüsxəsinin satışları təşkil edilmişdi. Bu avtomobilin satışından 14-15 milyon dollar əldə etmək nəzərdə tutulsa da, unikal avtomobilə müştəri tapılmamışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt